/ / Multikulturalizm Mərkəzi xarici universitetlərdə azərbaycanlıların soyqırımının 100 illiyi mövzusunda silsilə tədbirlər keçirib
Multikulturalizm Mərkəzi xarici universitetlərdə azərbaycanlıların soyqırımının 100 illiyi mövzusunda silsilə tədbirlər keçirib
15.12.2018 [10:46]
Məlumdur ki, iri dövlətlərin himayəsi altında fəaliyyət göstərən erməni millətçiləri “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər.
Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar hesab olunur. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilibdir. Sonrakı dövrlərdə erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradaraq, üzə çıxarılan həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsi və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ötən 20 il ərzində aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Bu tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında, habelə sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının isə qat-qat çox olduğunu sübut edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə bu il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Fevral ayında isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, bir çox məsul dövlət orqanları və təşkilatlar kimi, Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinə, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə il ərzində 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlər həyata keçirmək tapşırılıb. İtaliyanın La Sapienza Universiteti, Hindistanın Şri-Şri Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti, Rusiyanın Ural Federal Universiteti, Bolqarıstanın Sofiya Universiteti, Yaponiyanın Hokkaydo Universiteti, Polşanın Vrotslav Universiteti, Fransanın İnalko Universiteti və Türkiyənin Ərciyəz Universitetində bu ilin mart-noyabr aylarında elmi mühazirələr təşkil edilib. Yaponiyanın Hokkaydo Universitetində onlarla tələbənin iştirak etdiyi mühazirədə tarixi mənbələrə, rəsmi sənədlərə əsasən, ötən bir əsr ərzində erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açılıb. Bolqarıstanın Sofiya Universitetində təşkil edilən dərsdə isə Azərbaycan Müdafiə Nazirliyinin 1918-ci il azərbaycanlıların soyqırımı haqda hazırladığı ingilis dilində sənədli film nümayiş olunub. 1905-ci və 1918-ci ilin kütləvi qırğınları, 1948-1953-cü illərin deportasiyası, 1992-ci ilin Xocalı soyqırımı haqda geniş məlumat verilib. Elmi mühazirələrdə o da vurğulanıb ki, 3 dəfə soyqırıma məruz qalmasına və 20 faizdən çox torpaqlarının işğal olunmasına baxmayaraq, bu gün də azərbaycanlı ailəsində uşaqlar erməni xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilmirlər. Baş verənlər erməni millətçilərinin vəhşi siyasəti kimi şərh olunur. Bu isə Azərbaycanda həyat tərzi olan multikulturalizmin bariz nümunəsidir.
“1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncama əsasən, cari ildə BBMM bir çox digər tədbirləri də həyata keçirib. Bu tədbirlər çərçivəsində mart ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı: 1918-2018” mövzusunda Beynəlxalq konfrans təşkil edilib. Konfransda Fransa, Rusiya, Türkiyə, İran, Moldova, eləcə də Azərbaycandan olan araşdırmaçı alimlər məruzə ilə çıxış ediblər. Bu günlərdə isə Bakı şəhərində keçirilən beynəlxalq konfransların materialları bir yerə toplanaraq “Terror multikulturalizmə qarşı “Azərbaycanlıların soyqırımı-100” adı altında nəşr olunub. Bu layihə çərçivəsində virtual “dəyirmi masa” materiallarının ingilis və rus dillərinə tərcüməsi, eləcə də kitabın yenidən tərtibi də təşkil edilib.
1918-ci ildə erməni vandalizminə məruz qalan, azərbaycanlılara qarşı soyqırımının törədildiyi tarixi məkanlardan biri olan Şamaxı Cümə məscidinin konfrans zalında “Azərbaycanın dini-mədəni abidələrinə qarşı erməni vəhşiliyi” mövzusunda keçirilən tədbir də torpaqlarımızda sığınacaq tapan ermənilərin əsl xislətini bir daha göstərməyə həsr olunub. İyul ayında BBMM, DQİDK və Şamaxı rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan konfransda çıxış edən alimlər yerli ermənilərin insanları necə aldatdıqlarını, hətta məscidlərə pənah gətirən ahıl, qadın və uşaqları da vəhşicəsinə yandırdıqlarını konkret faktlarla qeyd ediblər.
1918-ci ilin mart soyqırımında ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlar haqqında həqiqətlərin təbliği günümüzün aktual mövzularından biri olaraq qalır. Çünki nə qədər ki, mənfur qonşularımız Azərbaycan dövlətinə qarşı öz ərazi iddialarından əl çəkməyiblər, Azərbaycan torpaqları hesabına öz ərazilərinin genişləndirilməsi istəkləri müxtəlif formalarda özünü büruzə verəcəkdir. Dünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb etmək üçün azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya siyasətinin geniş şəkildə tədqiqi və beynəlxalq aləmdə yayılması zəruridir. Ümummilli lider Heydər Əliyev əbəs yerə deməmişdir: “Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59

