Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur
20.12.2018 [09:55]
Gənclərin karyera qurması, işlə təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən layihələri hər zaman dəstəkləyən Azercell növbəti dəfə “Karyera sərgisi”nə qatılıb. Azərbaycan Texniki Universitetində təşkil olunan sərgidə Azercell şirkəti fəallığı ilə seçilib. Yarmarkada iştirak edən şirkət nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunları və sərgi iştirakçılarını şirkətdə mövcud olan vakansiyalar barədə məlumatlandırıblar. İnsan Qaynaqları şöbəsinin əməkdaşları tələbə və məzunları şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları ilə tanış edib, onları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.
Qeyd edək ki, “Azercell Telekom” MMC ilə Azərbaycanın müxtəlif ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. Belə ki, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncədə Azərbaycan Texnologiya Universiteti və Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq memorandumları imzalanıb. Əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunmasına, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə yönəlmiş müxtəlif layihələr həyata keçirilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan istedadlı gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.
Təhsilə və gənclərə yardım etmək Azercell şirkətinin fəaliyyətinin prioritet sahəsidir və bu istiqamətdə fəaliyyəti davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04

