Cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq səmərə verir
27.12.2018 [09:42]
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi hüquqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurum 40-dan çox ikitərəfli müqavilənin, o cümlədən cinayət və mülki işlər üzrə hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 32 ölkənin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir, 16 çoxtərəfli konvensiya üzrə isə mərkəzi və ya əlaqələndirici orqan qismində çıxış edir. Bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq, bu il 19 minə çatmaqdadır.
Hüquqi əməkdaşlıq çərçivəsində beynəlxalq cinayət hüququnun qədim institutlarından olan ekstradisiya sahəsində işin dairəsi də genişlənir. Belə ki, bir sıra dövlətlərlə, o cümlədən Çin, İran, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Hindistan, həmçinin bu il Əlcəzair ilə bu sahədə müqavilələr bağlanılıb, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə əməkdaşlıq edilir.
Eyni zamanda, dövlətimiz “Ekstradisiya haqqında” 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi qitə dövlətləri ilə səmərəli əlaqələr həyata keçirilir. Həmin sənədlər cinayətkarlığın yayılmasının qarşısının alınması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması və bununla da ədalət mühakiməsinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan dövləti universal və regional konvensiyalardan irəli gələn vəzifələri vicdanla yerinə yetirməklə kifayətlənməyərək, xoş niyyət nümayiş etdirməklə ekstradisiya haqqında xüsusi qanun qəbul edib ki, bu da xarici tərəfdaşlarımızla bu sahədə müqavilə olmadan belə əməkdaşlıq etməyə imkan verir. Bütün bunlar cinayətkarların özünü təhlükəsizlikdə hiss etmələrinin qarşısını alan çox mühüm təsirli mexanizm olmaqla cəzanın labüdlüyü prinsipini təmin edir. Təsadüfi deyil ki, qeyd olunan sənədlərin icrası çərçivəsində İspaniya və Əlcəzair kimi uzaq dövlətlərdən cinayətkar şəxslərin ölkəmizə ekstradisiyası həyata keçirilib.
Son dövrlər ekstradisiya zamanı təslim edilən şəxslərin hüquqlarının qorunmasına, onların penitensiar müəssisələrdə saxlanma şəraitinin Avropa standartlarına uyğun təminatına və tibbi vəziyyətinə daim nəzarət olunmasına xüsusi diqqət yetirilir. Hətta bəzi dövlətlərdə şəxsin ekstradisiyası barədə qərarın onu qəbul edən dövlətdə saxlanma şəraiti ilə yerində tanış olunduqdan sonra verilməsi təcrübəsi mövcuddur.
Ötən dövrdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsi, məhkumların saxlanma şəraitinin, tibb və digər təminatlarının yaxşılaşdırılması, səmərəli ictimai nəzarətin tətbiqi sahəsində məqsədyönlü tədbirlər görülür. Bu sahədə aparılan islahatların müsbət nəticəsidir ki, Almaniya tərəfi həmin praktikadan istifadə edərək Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı müsbət qərar qəbul edib. Həmin şəxs bu günlərdə Ədliyyə Nazirliyi tərəfindən Almaniyadan ölkəmizə gətirilib.
Ümumiyyətlə isə, ötən beş il ərzində 160-dək cinayətkar şəxsin Azərbaycana ekstradisiya edilməsinə nail olunub.
Bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31

