Bakı Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
28.12.2018 [09:44]
Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru vəzifəsini icra edən Firudin Qurbanov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. F.Qurbanov bu əlamətdar tarixin qeyd olunmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışaraq bildirib ki, Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu bəyan edib, xaricdə yaşayan azərbaycanlılarla məqsədyönlü iş aparılmağa başlanılıb. “Tariximizin müasir mərhələsində azərbaycanlıların həmrəyliyini müstəqil dövlətin quruculuğu ilə əlaqələndirmək tələb olunurdu. SSRİ dağıldıqdan sonra müstəqillik qazanan ölkələr müxtəlif yollarla sosial birliyi, həmrəyliyi təmin etdilər. Təcrübə göstərdi ki, Azərbaycan ən uğurlu yolu seçib. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində azərbaycanlıların həmrəyliyi təmin olundu”, - deyə F.Qurbanov bildirib.
F.Qurbanov BDU-nun 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlərin keçiriləcəyini də qeyd edib. O birlik və həmrəylik sayəsində xalqımızın daha böyük qələbələrə nail olacağına əminliyini bildirib.
Daha sonra Milli Məclis sədrinin birinci müavini, professor Ziyafət Əsgərov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən və bununla bağlı uğurlu dövlət siyasətindən danışıb. Ölkəmizdə son 15 ildə böyük inkişaf və tərəqqinin baş verdiyini, Azərbaycanın dünyada nüfuzunun getdikcə yüksəldiyini bildirən Z.Əsgərov bütün bu nailiyyətlərin Ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində əldə olunduğunu bildirib.
Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev isə bu əlamətdar bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi roluna diqqət çəkib.
Sonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar hazırlanmış filmin nümayişi olub və tədbir BDU-nun özfəaliyyət kollektivinin təqdimatında bədii hissə ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

