“Azərenerji” ASC təcrübəli və gənc kadrlara şərait yaradır
05.01.2019 [10:09]
“Azərenerji” ASC təcrübəli və gənc kadrlara şərait yaradır.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, “Azərenerji” ASC təcrübəli kadrların üzə çıxarılması, gənc mütəxəssislərin irəli çəkilməsi, işin operativliyinin və keyfiyyətinin artırılması, o cümlədən yaxın zamanlara qədər enerjinin istehsalı, ötürülməsi və idarə olunması sahəsində yaşanan kadr pərakəndəliyinin kompaktlaşdırılması üçün bir neçə aydır sistemli şəkildə işlər həyata keçirir.
Belə ki, Azərenerji ASC-nin “İşə qəbul qaydaları” hazırlanaraq təsdiq edilib və “Mərkəzi Müsahibə Komissiyası” yaradılıb. “Azərenerji” ASC-nin elektrik stansiyalarında və yarımstansiyalarında kadr ehtiyatının yaradılması məqsədilə təcrübəli və gənc energetiklərin işə dəvət olunması üçün müxtəlif ixtisaslar üzrə Səhmdar Cəmiyyətin azerenerji.gov.az internet səhifəsində və KİV-lərdə elanlar yerləşdirilib.
Elanlar əsasında Səhmdar Cəmiyyətə 150-yə qədər müraciət daxil olub ki, həmin müraciətlər ehtiyat kadr bankına daxil edilib. Eyni zamanda, işə qəbul imtahanından keçən bakalavr və magistr təhsilli energetiklər hazırlıq kursu keçdikdən sonra elektrik stansiyalarına işə götürüləcəklər.
Bununla yanaşı, “Azərenerji” ASC-nin tabeliyində olan müəssisələrdə çalışan 800-ə yaxın işçi bilik səviyyəsinin yoxlanılması məqsədilə “Azərişıq” ASC-nin Tədris Mərkəzinin bazasından istifadə edilməklə imtahana cəlb edilib. İmtahandan əla və yaxşı qiymətlər alanlar Səhmdar Cəmiyyətin Texniki istehsalat, Mərkəzi dispetçer idarələrinə mühəndis, aparıcı mühəndis vəzifələrinə irəli çəkilib. Eyni zamanda, regional elektrik şəbəkələrinə və elektrik stansiyalarına məsul vəzifələrə təyin ediliblər. Yaxşı qiymət alan mütəxəssislərin bir hissəsi kadr ehtiyatı bankına daxil edilib və onların vəzifəyə yüksəlməsi, ödəniş dərəcələrinin artırılması üçün müəssisə rəhbərləri ilə birlikdə vakansiyalara təqdim olunması işləri aparılıb. İmtahandan kafi qiymət alan işçilərin isə ixtisaslaşdırma kurslarına cəlb olunması üçün qısamüddətli tədris proqramı hazırlanaraq həyata keçirilib.
“Azərenerji” ASC bundan sonra da həm qurum daxilində, həm də kənarda olan ixtisaslı mütəxəssislərin işə cəlb edilməsi, önə çəkilməsi və daha peşəkar formada yetişdirilməsi üçün səylərini durmadan davam etdirəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

