Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri hərbi sahədə də uğurla davam edir
07.01.2019 [16:41]
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin rəhbərliyi ilə hərbiyönümlü qeyri-hökumət təşkilatları, Qarabağ müharibəsi veteranları və media təmsilçilərindən ibarət nümayəndə heyətimizin Türkiyənin Mersin şəhərinə səfəri çərçivəsində yeni görüşlər keçirilib. Türkiyə Silahlı Qüvvələrinin Mersində yerləşən Aralıq dənizi Bölüyü və Qarnizon Komandanlığında keçirilən görüşdə nümayəndə heyəti üzvlərini, Türkiyə Müharib Qazilər Dərnəyinin (Müharibə Veteranları Birliyi) rəhbərliyini qarnizon komandanı, admiral Öndər Gürbüz qəbul edib.
Ö.Gürbüz Azərbaycan nümayəndələrini, eləcə də türkiyəli müharibə veteranlarını hərbi hissədə görməkdən, salamlamaqdan böyük sevinc hissi duyduğunu bildirərək komandanı olduğu hərbi hissənin fəaliyyəti, missiyası və imkanları haqqında ətraflı məlumat verib.
O, Azərbaycan-Türkiyə dostluq, qardaşlıq əlaqələrinin digərlərində olduğu kimi, hərbi sahədə, o cümlədən hərbi dəniz qüvvələrinin inkişafı istiqamətində uğurla davam etdirildiyini bildirib.
Səmimi qəbul üçün admirala təşəkkür edən E.Həsənli burada gördükləri mənzərədən böyük qürur hissi keçirdiklərini, Türkiyənin hər istiqamətdə olduğu kimi, Aralıq dənizində də üstün donanmaya malik olmasının məmnunluq yaradan hal olduğunu diqqətə çatdırıb. Azərbaycanın da Xəzər dənizi hövzəsində üstün hərbi gücə, inkişaf etmiş donanmaya malik olduğunu deyən E.Həsənli bütün maneələrə, çətinliklərə baxmayaraq hər iki qardaş ölkənin bu yöndə ciddi nailiyyətlər əldə etməkdə olduğunu vurğulayıb.
Qarnizon ərazisində hərbi hissəyə məxsus nümunəvi hərbi gəmilərdən biri ilə tanışlıq zamanı gəmi heyətilə səmimi söhbət edən nümayəndə heyətinin üzvləri burada gördükləri ürəkaçan mənzərənin, gəmi heyətinin ruh yüksəkliyinin böyük sevinc hissi doğurduğunu qeyd ediblər.
Türkiyə Hərbi Dəniz Donanması ilə bağlı digər ziyarət tarixi baxımdan xüsusi əhəmiyyət daşıyan, məşhur Çanaqqala müharibəsinin gedişatını dəyişməsinə yol açan "Nüsrət" minadaşıyan istehkam gəmisi ilə tanışlıq olub.
Qeyd edək ki, sözügedən gəmi xidmət müddətini başa vurduqdan sonra çürüyüb məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ancaq hazırda Mersin Böyükşəhər Bələdiyyəsinin başqanı olan, o zamansa Tarsus Bələdiyyəsinə rəhbərlik edən Bürhanəddin Kocamazın təşəbbüsü və birbaşa dəstəyi ilə "Nüsrət" gəmisi alınaraq bura gətirilib, təmir edilərək həm turistik, həm də tarixi baxımdan vacib eksponat halına salınıb.
Öz missiyasını bu şəkildə davam etdirən gəminin istər Türkiyə, istər dünya tarixində özünəməxsus rolu olduğunu deyən bələdçi Azərbaycan nümayəndə heyətini burada görməkdən məmnun olduğunu da dilə gətirib.
Azərbaycan nümayəndə heyətinin Mersində növbəti görüşü bu vilayətin Toroslar rayonunun bələdiyyə başqanı Hamid Tuna ilə olub. H.Tuna azərbaycanlı heyətə rayon və bələdiyyə haqqında ətraflı məlumat verib, Azərbaycanın Yevlax şəhəri ilə qardaşlaşmış olduqlarını dilə gətirib.
E.Həsənli qəbul üçün bələdiyyə başqanına təşəkkür edib, yaxınlaşan seçkilərdə Mersin Böyükşəhər Bələdiyyə başqanlığına namizəd olan H.Tunaya uğurlar arzulayıb.
Sonra nümayəndə heyəti üzvlərinə bələdiyyə başqanı adından ziyafət verilib və qarşılıqlı hədiyyələr təqdim edilib. Heyət bələdiyyə ərazisində fəaliyyət göstərən bir sıra qurumların rəhbərlərilə də görüşüb.
Daha sonra Azərbaycan nümayəndə heyəti Mersinin Silifke və Ərdəmli rayonlarında olub, buradakı mühüm tarixi abidələri, görməli yerləri gəzib, turistik baxımdan məşhur yerlərə baş çəkib, dini-mənəvi dəyər daşıyan yerləri ziyarət ediblər.
Azərbaycan nümayəndə heyətinin Mersin şəhərindəki yekun görüşü Türkiyə Müharib Qazilər Dərnəyinin Mersin şöbəsində baş tutub.
Azərbaycan nümayəndə heyəti ilə vidalaşmağın onlara duyğulu anlar yaşatdığını deyən Türkiyə Müharib Qazilər Dərnəyinin Türkiyə başqanı Şükrü Tandoğan, dərnəyin Mersin şöbəsinin rəhbəri Kamal Cındız nümayəndə heyətini Bakıda, İstanbulda, Mersində, Ankarada görüşmək arzusuyla vətənə yola saldıqlarını deyiblər.
Qonaqpərvərliyə, səmimi, həssas münasibətə görə türkiyəli həmkarlarına təşəkkürünü çatdıran E.Həsənli əməkdaşlığın davam edəcəyinə, bu sahədə yeni nailiyyətlərin qazanılacağına inandığını vurğulayıb.
Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib.
Xəbər lenti
Hamısına baxSosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Gündəm
18 May 11:55
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33

