Azərbaycanlı alim Toğrul Bağırov enerji diplomatiyası sahəsində görkəmli mütəxəssis idi
31.01.2019 [09:00]
Bakı Nobel İrsi Fondunun sədri, Moskva beynəlxalq neft klubunun icraçı vitse-prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Amerika-Rusiya İşgüzar Şurasının daimi üzvü, siyasi elmlər doktoru, professor Toğrul Bağırov 65 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, Toğrul Bağırov 1954-cü ildə Bakıda anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra keçmiş SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dakı səfirliyində, BMT-nin Cenevrə nümayəndəliyində işləyib. Daha sonra intellektual biznes sahəsinə keçib, beynəlxalq konsaltinq şirkətinə başçılıq edib. 1994-cü ildə Rusiyanın yanacaq və energetika nazirinin xüsusi müşaviri, “Qazprom”, “LUKoil”, “Transneft”, “Tatneft”in və digər enerji şirkətlərinin məsləhətçisi vəzifələrində çalışıb.
Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü olan T.Bağırov “Moskva neft klubu” fondunun icraçı vitse-prezidenti, Amerika-Rusiya İşgüzar Şurasının daimi üzvü idi. Azərbaycanda Nobel qardaşları irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə İsveç Kralı XVI Karl Qustav görkəmli alimi birinci dərəcəli “Qütb Ulduzu” ordeni ilə təltif edib. Həmçinin T.Bağırov Fransanın “Fəxri legion” ordeni, Rusiyanın ikinci dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” medalı ilə də mükafatlandırılıb.
“1990-cı illərdə Rusiya-Amerika münasibətləri kontekstində Rusiyanın neft-qaz sektorunda islahatların beynəlxalq əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edən alim “Mejdunarodnaya jizn”, “Amerika”, “Neft Rossii” jurnallarının daimi müəlliflərindən biri, “Böyük səkkizlik” ölkələrinin energetika nazirlərinin birinci görüşü barədə külliyyatın 1988-ci il nəşri üzrə proqram komitəsinin əlaqələndiricisi olub. O, Rusiya Dövlət Duması və ABŞ Konqresi arasında dialoqa dəstək ictimai qrupunun üzvü, energetika üzrə Duma-Konqres böyük qrupunun yaradılmasının təşəbbüskarı idi. Alimin dərc olunmuş elmi işləri arasında “Rusiya və OPEC ölkələri - əməkdaşlığın perspektivləri”, “Rusiyanın xarici siyasətində neft və qaz”, “1990-cı illərdə Rusiyanın neft-qaz sektorunda iqtisadi dəyişikliklərin beynəlxalq əhəmiyyəti” mövzusunda monoqrafiyaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Ölkələr arasında enerji əməkdaşlığının qurulması və inkişaf etdirilməsində Toğrul Bağırov söz və nüfuz sahiblərindən biri idi. Onun maraqlar balansına hədəflənmiş bu missiyası ilə siyasətçilər də, iş adamları da razılaşır, təşəbbüs və təkliflərini qəbul edir, ondan həmişə məsləhətlər alırdılar. Ötən əsrin 90-cı illərinin ortalarında “Əsrin müqaviləsi” razılaşdırılarkən T.Bağırovun Azərbaycan ilə Rusiya arasında mühüm vasitəçilik xidmətləri olub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

