İlahiyyat İnstitutunun “Qış məktəbi” başa çatıb
05.02.2019 [09:44]
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Şamaxı rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” başa çatıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Qış məktəbi”nin sonuncu günündə tələbələr Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə məscidini ziyarət ediblər.
Tələbələrə məscid haqqında məlumat verərkən vurğulanıb ki, dini məbədin bərpası təşəbbüsü Heydər Əliyev Fondu tərəfindən irəli sürülüb və Prezident İlham Əliyevin 2009-cu 24 dekabr il tarixli Sərəncamına əsasən burada genişhəcmli və əsaslı təmir işləri görülüb. Məscid 2013-cü il mayın 17-də açılıb.
Şamaxı Cümə məscidinin imamı Mərəhmət Mustafayev Azərbaycan Gəncləri Günü ilə bağlı tələbələri təbrik edib, onları cəmiyyətimizi dini biliklərlə maarifləndirmək, milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində fəal olmağa çağırıb.
Aİİ-nin rektoru Ceyhun Məmmədov ölkəmizdə aparılan uğurlu dövlət-din siyasəti nəticəsində milli adət-ənənələrimizin yaşadılması üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edib. O, Ümummilli Liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması, milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında xüsusi xidmətlərini vurğulayıb. Rektor Aİİ-nin yaradılmasını dövlət-din münasibətlərinə göstərilən qayğının bariz nümunəsi adlandırıb.
Dini icma nümayəndələri Aİİ tələbələrinə Şamaxının tarixi, milli-mənəvi ənənələri haqqında ətraflı məlumat veriblər. 2019-cu ilin “Nəsimi ili” elan olunmasından və Şamaxının Gənclər Paytaxtı seçilməsindən danışan din xadimləri ölkə rəhbərliyinin yaradıcılığa, mədəniyyətə, ədəbiyyata qayğısını vurğulayıblar.
Aİİ-nin tələbələri Şamaxıda onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
“Qış məktəbi” layihəsi çərçivəsində tələbələr üçün sonuncu seminar təşkil olunub. “Azərbaycan multikulturalizmi: reallıqlar və perspektivlər” mövzusunda seminarı C.Məmmədov təqdim edib. İnstitut rəhbəri qeyd edib ki, ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizmin və tolerantlığın tarixən azərbaycanlıların həyat tərzi olduğunu, milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, bu xüsusiyyətlərin Azərbaycanın hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrildiyini bildirib.
O, ölkəmizdə dini dözümlülüyün, müxtəlifliyin qorunmasında, tolerantlıq və multikulturalizm ənənələrinin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin təbliğində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətlərini də xüsusi vurğulayıb.
“Qış məktəbi” çərçivəsində “Yeddi günbəz” türbələr kompleksinə baş çəkən tələbələr orada XVII - XVIII əsrlərdə Şamaxı xanı Mustafanın ailə üzvləri üçün salınan məzarlığı ziyarət ediblər. Məzarlıqda xan nəslinə aid 7 qədim türbə mövcuddur. Səkkizguşəli formada tikilən türbələrdən yalnız birinin üzərindəki yazılı daş kitabə salamat qalıb.
Aİİ-nin tələbələri böyük şair Mirzə Ələkbər Sabirin qəbrini də ziyarət ediblər.
“Qış məktəbi” iştirakçıların mükafatlandırılması və sertifikatların təqdim olunması ilə yekunlaşıb.
Qeyd edək ki, “Qış məktəbi” layihəsinin həyata keçirilməsində əsas məqsəd tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün zənginləşdirilməsinə və layiqli vətəndaş olaraq yetişməsinə töhfə verməkdir.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

