“Azercell Telekom” MMC və İsrail səfirliyinin birgə layihəsi
06.02.2019 [09:38]
İsrail səfirliyi “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birlikdə “TOM” (“Tikkun Olam Makers”) layihəsini təqdim etdi. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemləri üçün açıq həllər yaratmaq məqsədilə ixtiraçılar (“makers”) ilə ehtiyac sahiblərini (“need knowers”) əlaqələndirməkdir.
Layihənin təqdimat mərasimi “Azercell”, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), “PAŞA Bank”, “JOY” Uşaq İnkişaf Mərkəzi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İdman Akademiyasının Media Mərkəzi və digər qurumların dəstəyi ilə fevralın 5-də Heydər Əliyev Mərkəzində keçirildi. Mərasimdə, həmçinin “TOM”un Azərbaycandakı veb-səhifəsi təqdim edildi. Səhifədə fiziki məhdudiyyətli şəxslərin gündəlik üzləşdikləri çətinliklər, həm də ixtiraçılara müraciət əks olundu.
Tədbirdə İsrailin Azərbaycandakı səfirinin müvəqqəti işlər vəkili Avital Rozenberq, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) baş məsləhətçisi Məftunə İsmayılova çıxış edib.
“TOM” gündəlik problemlərin texnoloji həlli yollarını tapmaq məqsədilə istehsalçıları, dizaynerləri, developerləri və mühəndisləri sağlamlıq imkanları məhdud insanlarla (“ehtiyac sahibləri”) birləşdirən qlobal icma hərəkatıdır. Layihə barədə ətraflı məlumat üçün “TOM”un Azərbaycandakı və beynəlxalq veb-saytından istifadə edə bilərsiniz:
http://tombaku.barama.az/
http://tomglobal.org/
İstedadlı şəxslər üçün elan olunmuş çağırışdan sonra, potensial ixtiraçılara iştirak üçün qeydiyyatdan keçməyə təxminən 1 ay vaxt veriləcək (28 fevral tarixinədək). 5 “TOM” tapşırığında (“çağırışında”) komanda şəklində iştirak edən yarışçıların adları mart ayında açıqlanacaq. Onlar “Pre-TOM” tədbirində bir-biri ilə tanış olacaq və birlikdə çalışmağa başlayacaqlar. Komandalar təxminən 1 ay ərzində qoyulmuş problemi həll yolu düzəltməlidir. Layihə dövründə komandalara “SCHWATECH” MMC tərəfindən dəstək göstəriləcək.
Komandaların yekun məhsulları aprelin 17-də keçiriləcək “TOM” tədbirində təqdim ediləcək və bütün ideyalar ictimaiyyətə açıq olacaq.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

