/ / KİV-lərin maliyyələşməsi ilə bağlı yeni şərtlər media qurumlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına xidmət edir
KİV-lərin maliyyələşməsi ilə bağlı yeni şərtlər media qurumlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına xidmət edir
13.02.2019 [09:47]
KİVDF-nin maliyyələşmə şərtlərində dəyişikliklər çap mediasına paralel olaraq internet media resurslarının da inkişafı üçün dövlət dəstəyi mexanizmlərinin tətbiqinə geniş imkanlar açıb
Azərbaycanda mətbuatın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin (KİV) hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə yüksək səviyyəli diqqəti və media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib, hər bir yazılı və elektron KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına fundamental töhfələr verməklə yanaşı, sözügedən sahədə əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirib. Ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur.
Ümumiyyətlə, ötən dövr ərzində mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Bu kontekstdə həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı, eyni zamanda, KİV-lərin “Azərbaycan” nəşriyyatına olan borclarının tamamilə ləğv edilməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdu. Sonrakı illərdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış tarixi bir addım idi. Bundan başqa, Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, yarandığı vaxtdan KİVDF-yə ayrılan dövlət vəsaiti bir daha Azərbaycan dövlətinin mediaya yüksək diqqət və qayğı göstərdiyini təsdiqlədi.
Yeri gəlmişkən, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet bazarının inkişafına təkan vermək, mətbuatın əhatə dairəsini genişləndirmək, onun məzmun baxımından keyfiyyətini yüksəltmək, texniki tərtibatının müasir standartlara uyğunlaşdırılmasını təmin etmək və s. məqsədilə maliyyələşmə şərtlərində dəyişikliklər edib. Ekspertlər çap mediasının məzmun və forma baxımından daha da təkmilləşdirilməsi, fəaliyyətinin yeni dövrün tələblərinə uyğun qurulması baxımından təklif olunan dəyişikliklərin mühüm əhəmiyyətə malik olduğunu bildirirlər.
Bunlarla yanaşı, KİVDF-nin həmçinin internet medianı maliyyələşdirməsi və ilkin mərhələdə prioritet istiqamət olaraq internet qəzetlərə maliyyə ayrılması məsələsi də aktuallıq kəsb edir. Yəni ictimai fikirə təsir göstərən elektron media qurumlarına maliyyə ayrıla bilər. Qeyd edək ki, fevralın 11-də keçirilən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclasında da internet media resurslarının maliyyələşməsi məsələsi diqqət mərkəzində olub. Bildirilib ki, hazırda ictimai fikir daha çox internet üzərindən yayımlanan media vasitələri ilə formalaşır, bu proses Azərbaycanda da sürətlə gedir. İnternet medianın malik olduğu resursların dövlətin və cəmiyyətin mənafeləri baxımından uzlaşdırılmasına ciddi ehtiyac var. Buna görə də mediaya dövlət dəstəyi məsələsində prinsipial məqamlardan biri də məhz onlayn KİV-lərin maliyyələşməsidir. Qeyd olunub ki, bununla bağlı qarşıda duran başlıca vəzifələrdən biri internet medianın özünə hüquqi münasibətlər sistemində yer tutmasıdır. Bəzi qanunlarda ayrı-ayrı müddəalar yer alsa da, məsələ ümumi xarakter daşıyır, internet medianın təşkilati-hüquqi forması müəyyənləşdirilməmiş qalır. İclasda bu məsələnin tezliklə həllini tapması üçün müvafiq qurumlara müraciət olunmasının zəruriliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Mətbuat Şurasının mövcud istiqamətdə hazırladığı təkliflər sırasında internet media ilə bağlı ayrıca qanunun olması da şərtdir.
Bütövlükdə, KİV-lərin maliyyələşməsi ilə bağlı yeni şərtlər media qurumlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına xidmət edir. Eyni zamanda, KİVDF-nin maliyyələşmə şərtlərində dəyişikliklər çap mediasına paralel olaraq internet media resurslarının da inkişafı üçün dövlət dəstəyi mexanizmlərinin tətbiqinə geniş imkanlar yaradır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21

