Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
23.02.2019 [10:31]
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları nüfuzlu beynəlxalq qurumlar, o cümlədən Dünya Bankı tərəfindən yüksək dəyərləndirilir və bu sahədə birgə layihələr uğurla həyata keçirilir. Həmin layihələr çərçivəsində, habelə dövlət büdcəsi hesabına 16 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib.
Onların bir çoxunun açılışlarını edən dövlətimizin başçısı Bank ilə birgə həyata keçirilən bu islahatları yüksək dəyərləndirib. Həmçinin Dünya Bankı ədliyyə sahəsindəki layihələri ən uğurlularından hesab edərək innovasiyalara görə nominasiyaların qalibi elan edib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 22-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşüb.
Azərbaycan və Dünya Bankı arasında səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə aparılan və beynəlxalq aləmdə təqdir olunan məhkəmə-hüquq islahatları, o cümlədən infrastrukturun müasirləşdirilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə görülən işlər barədə məlumat verib, bu sahədə Dünya Bankının dəstəyini qeyd edib. Həmçinin ədliyyə sistemində digər innovasiyaların tətbiqindən və nailiyyətlərdən bəhs edib, vətəndaşlara xidmət sahəsində fəaliyyətə könüllülərin cəlb olunduğunu bildirib.
Nazir ölkəmizin bu sahələrdə uğurlarına beynəlxalq maraq artaraq bir çox dövlətlərin müsbət təcrübəmizdən bəhrələndiyini vurğulayıb.
Azərbaycanın hərtərəfli tərəqqisinin Dünya Bankının “Doing Business 2019” hesabatında əks olunduğunu və ölkəmizin dünyanın 10 ən islahatçı dövlətlərdən olduğunu qeyd edən xanım Mersi Tembon səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini, dövlətimizin başçısının məhkəmə sisteminin inkişafına və bu sahədə Bank ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsinə önəm verməsini məmnunluqla vurğulayıb.
O, Dünya Bankının Ədliyyə Nazirliyi ilə əməkdaşlığını təqdir edərək, ədliyyə sahəsində görülən uğurlu işlərin dünyada örnək olduğunu vurğulayıb, həyata keçirilən layihənin gedişatından və nəticələrindən heyranlığını ifadə edərək, Şəkidə Məhkəmə Kompleksi ilə tanış olarkən məhkəmə sisteminin müasirləşməsinin ən yüksək səviyyəsinin şahidi olduğunu söyləyib. Bildirib ki, Azərbaycanın bu sahədə nailiyyətləri dünyanın nadir ölkələrində rast gəlinir. Məhkəmə sistemində müasir texnologiyaların tətbiqi, videokonfransların keçirilməsi üçün hər cür şəraitin yaradılması əhalinin, o cümlədən həssas təbəqələrin ədalət mühakiməsinə əlçatanlığına, məhkəmə fəaliyyətinin şəffaflığına və səmərəliliyinə xidmət edir.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, ölkəmizin bu sahədə nailiyyətlərinin dünyada daha geniş yayılmasının əhəmiyyəti qeyd edilərək birgə tədbirlərin keçirilməsi barədə razılığa gəlinib, Dünya Bankının məhkəmə-hüquq islahatlarına bundan sonra da dəstək göstərməyə hazır olduğu bildirilib.
Qonaq nazirlikdə Azərbaycan ədliyyəsinin tarixi muzeyi ilə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

