“Patent hüququ Müqaviləsi”nə dair beynəlxalq seminar başa çatıb
07.03.2019 [10:24]
Əqli Mülkiyyət Agentliyi və ÜƏMT-nin birgə təşkilatçılığı ilə “Patent hüququ Müqaviləsi”nə (PHM) dair seminarın ikinci günü məzmunlu məruzələr və müzakirələrlə yadda qalıb.
Xatırladaq ki, martın 5-dən başlanan seminar Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində reallaşıb.
AZƏRTAC xəbər verir ki, martın 6-da seminarı giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov beynəlxalq tədbirin ikinci günündə dinləniləcək mövzuların aktuallığını qeyd edib.
Seminarda ÜƏMT-nin patent hüququ şöbəsinin hüquqi məsələlər üzrə əməkdaşı Aida Dolotbayeva, Avrasiya Patent İdarəsinin Hüquqi dəstək, keyfiyyətə nəzarət və sənəd dövriyyəsi bölməsinin hüquq şöbəsinin direktor müavini Yuliya Fyodorova və Estoniya Patent İdarəsinin patent şöbəsinin böyük mütəxəssisi Vera Tereşşenkovanın məruzələri dinlənilib.
Məruzələr “PHM üzrə standartlaşdırılmış formalar”, “PHM-nin Patent təşkilatında prosedurları sadələşdirən müddəaları”, “PHM-nin Patent təşkilatında prosedurları sadələşdirən müddəalarının milli tətbiqi” (Estoniya təcrübəsi əsasında), “PHM üzrə iddia sənədinin elektron qaydada verilməsinin prinsipləri” mövzularını əhatə edib.
Sonra mövzular ətrafında müzakirələr aparılıb. Müzakirələrdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov da iştirak edib. Hüquqşünasların, patent sahəsi üzrə mütəxəssislərin, vəkillərin və digər şəxslərin sualları cavablandırılıb, iki gün ərzində seminarda məzmunlu məruzələrin dinlənildiyi, məhsuldar müzakirələrin aparıldığı qeyd olunub.
Yekunda Kamran İmanov seminarın keçirilməsində dəstəyinə görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarriyə xüsusi təşəkkürünü çatdırıb və bu sahədə maarifləndirici tədbirlərin mütəmadi keçiriləcəyini bildirib.
Xarici ekspertlər seminarın yüksək səviyyədə təşkil olunmasını vurğulayaraq bu tədbirin əməkdaşlıq əlaqələrinin və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıdığını nəzərə çatdırıblar və Azərbaycanın tezliklə “Patent hüququ Müqaviləsi”nə qoşulacağına ümidvar olduqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41

