Beynəlxalq Avrasiya Mətbuat Fondunda mətbuat konfransı keçirilib
15.03.2019 [09:51]
Martın 14-də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən mətbuat konfransı keçirilib. Mətbuat konfransında BAMF-nin BMT-nin Cenevrə ofisində İnsan Haqları üzrə 40-cı sessiya çərçivəsində Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda keçirdiyi tədbir barədə geniş məlumat verilib.
BAMF-nin prezidenti Umud Mirzəyev sözügedən tədbirin əhəmiyyətindən bəhs edərək diqqətə çatdırıb ki, bu məsələ bütün dünyada aktualdır və ciddi müzakirə predmeti kimi çıxış edir. Dünyada dini, etnik münaqişələr, terror aktları nəticəsində bəşəriyyətin ciddi ətraf mühit problemləri ilə qarşı-qarşıya qaldığını, müharibələrin dünyanın 50-dən çox ölkəsində sosial-iqtisadi fəlakətlər yaratdığını, 65 milyon insanın öz doğma yurd-yuvalarından qaçqın və köçkün düşdüyünü deyən U.Mirzəyev Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, 1992-ci ildən erməni hərbi birləşmələrinin işğalı altında olan Sərsəng su anbarı və digər su mənbələrindən ölkəmizə qarşı təsir vasitəsi kimi istifadə edilməkdədir. Bu səbəbdən minlərlə insan, eləcə də 96 min hektar ərazi su çatışmazlığından əziyyət çəkir.
U.Mirzəyev bütün bu məsələlərin “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda keçirilən tədbir iştirakçılarının diqqətinə çatdırıldığını bildirib. Onun sözlərinə görə, su mənbələrinin qarşısının alınması, suyun təbii axınına məhdudiyyətlərin qoyulması səbəbindən Azərbaycanın yaşadığı çətinliklər BAMF-nin hazırladığı “Su - Müharibə maşını” sənədli filmi vasitəsilə geniş auditoriyaya çatdırılıb. Tədbirin BMT-nin Cenevrə ofisinin Azərbaycan ornamentləri ilə bəzədilmiş Azərbaycan otağında keçirildiyini deyən BAMF prezidenti əlavə edib ki, tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, missiya nümayəndələri iştirak ediblər. U.Mirzəyev xatırladıb ki, “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda keçirilən tədbirdə Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun rəhbəri Nidal Salim, İnsan Haqları Şurasının Xüsusi Qaydalar üzrə İşçi Qrupunun üzvü professor Osman Əl Hacc, BAMF-nin prezidentinin köməkçisi Anastasiya Lavrina çıxış edərək öz fikirlərini geniş auditoriyaya çatdırıblar, eləcə də BAMF-nin vitse-prezidenti Ramil Əzizov sualları cavablandırıb.
U.Mirzəyev onu da qeyd edib ki, BAMF nümayəndələri 4-9 mart tarixlərində İnsan Haqları Şurasının 40-cı sessiyası çərçivəsində BMT-nin Cenevrə ofisində bir sıra görüşlər keçiriblər.
Mətbuat konfransında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud, hüquq müdafiəçisi Sahib Məmmədov, BAMF-nin vitse-prezidenti Ramil Əzizov çıxış edərək fikirlərini bildiriblər. Daha sonra jurnalistlərin sualları cavablandırılıb.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

