Cocuq Mərcanlıda "Qayıdış" parkının açılışı olub
15.03.2019 [15:43]
Türkiyənin Azərbaycandakı səfirliyi və "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə 2016-cı il Aprel döyüşlərindən sonra yenidənqurma işləri aparılan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər təşkil edilib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın, TÜİB sədri Hüseyin Büyükfıratın, həmçinin Türkiyə və Azərbaycandan çoxlu sayda şirkət rəhbərlərinin iştirak etdikləri səfər zamanı Cocuq Mərcanlı kəndindəki "Qayıdış" parkının açılışı həyata keçirilib. Qeyd edək ki, parkda TÜİB tərəfindən uşaqlar üçün müxtəlif attraksionlar quraşdırılıb.
Bundan əlavə, qonaqlar Cocuq Mərcanlıda suvenir fabrikinin tikintisi ilə tanış olublar. TÜİB sədri Hüseyin Büyükfırat fabrikin qarşısında "Cocuq Mərcanlı" loqosu və gələcəkdə görüləcək işlərlə bağlı iş adamlarını məlumatlandırıb. O bildirib ki, "Cocuq Mərcanlı" loqosunu dünya markasına çevirməyi qarşılarına məqsəd qoyublar: "Suvenir fabrikində hazırlanacaq əşyalar Azərbaycan, Türkiyə və dünya bazarına "Cocuq Mərcanlı" loqosu ilə çıxarılacaq. Fabrikdə Cocuq Mərcanlı sakinləri ilə yanaşı, cəbhə xəttində yaşayan insanlar da işlə təmin ediləcəklər".
Hüseyin Büyükfırat onu da əlavə edib ki, artıq Türkiyənin məşhur bir tekstil firması ilə müqavilə bağlanılıb. Həmin firma "Cocuq Mərcanlı" loqosu ilə geyimlər istehsal edəcək.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə jurnalistlərə açıqlamasında Cocuq Mərcanlını "böyük qayıdışın başlanğıcı" adlandırıb: "Azərbaycanla Türkiyə qardaş dövlətlərdir. 2016-cı il Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi yenidən inşa edildi. Biz də Türkiyə dövləti olaraq buraya dəstək veririk. Bu gün övladlarımızın asudə vaxtının səmərəli istifadəsi üçün park açdıq. TÜİB-in maliyyə dəstəyi ilə suvenir fabriki tikilir. Biz qarşımıza məqsəd qoymuşuq ki, cəbhə xəttinə yaxın olan bölgələri inkişaf etdirək. Bunun üçün buraya Azərbaycanla yanaşı, Türkiyədən də iş adamlarını dəvət etmişik".
Qeyd edək ki, Cocuq Mərcanlıya səfər edən qonaqlar daha sonra Saatlı rayonunun Qazanbatdı kəndinə, Axıska türkləri ilə görüşə gediblər. Görüşdən sonra kənd sakinlərinə bayram sovqatları paylanılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34

