Bahar Muradova: Novruz tonqallarını doğma Qarabağımızda qalayacağıq
19.03.2019 [09:35]
Xalqımızın milli bayramı olan Novruz cəbhə bölgəsində yerləşən Füzuli rayonunda el şənliyi kimi geniş qeyd olunub. Baharın gəlişi münasibətilə Horadiz şəhərindəki Olimpiya İdman Kompleksində ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları Novruz adət-ənənələrini özündə əks etdirən sərgi ilə tanış olublar. Milli adət-ənənələrimizə uyğun olaraq qız-gəlinlər yun darayıb, nehrə çalxayıb, sacda yuxa bişiriblər.
Dədə Qorqud və Bahar qızı meydana daxil olub, Novruz tonqalı alovlandırılıb. Mərasimdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iştirakçıları bayram münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik, bol ruzi və əmin-amanlıq arzulayıb. O, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədəki xidmətlərindən bəhs edib.
Bayram mərasimində iştirak edən Milli Məclis sədrinin müavini Bahar Muradova füzulililərə xalqımızın əziz bayramı münasibətilə xoş arzularını çatdırıb. “Novruz bayramı arzuların, niyyətlərin həyata keçməsi bayramıdır. İnanıram ki, işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcək və biz Novruz tonqallarını doğma Qarabağımızda qalayacağıq”, - deyə B.Muradova bildirib.
Novruzun personajları olan Kosa və Keçəl, Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tonqal ətrafında yallı gediblər. Bayram adətinə görə uşaqlar yumurta döyüşdürüblər. Kosa və Keçəlin şən zarafatları, Dram Teatrının aktyorlarının ifasında yumoristik səhnələr, rayon idmançılarının nümunəvi çıxışları, mədəniyyət işçilərinin konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

