Baş Prokurorluqda könüllülərlə görüş keçirilib
20.03.2019 [10:53]
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq, prokurorluq orqanlarının fəaliyyətində gənclərin iştirakı müasir dövrün tələbləri səviyyəsində davam etdirilir.
Ölkədə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində ali hüquq təhsilli gənc kadrların müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksəkixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin edərək, bu sahədə görülən tədbirlər nəticəsində mənəvi saflığı, yüksək nəzəri bilikləri və peşə hazırlığı səviyyəsi ilə seçilən, xarici dil biliklərinə mükəmməl yiyələnmiş gənclərin prokurorluqda qulluğa qəbuluna şərait yaradılıb. Ölkəmizdə müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər islahatlar həyata keçirilib, könüllülər hərəkatı geniş vüsət alıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının baş prokuroru tərəfindən 2019-cu il fevralın 6-da təsdiq edilmiş “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimata uyğun olaraq, prokurorluq orqanlarının fəaliyyətində ictimai köməkçi qismində iştirak etmək arzusunda olan ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin prokurorluğun fəaliyyətinə cəlb olunmaları üçün zəruri tədbirlər görülür.
Prokurorluq orqanlarına ictimai köməkçi qismində fəaliyyət göstərmək məqsədilə 100-dən artıq könüllü gənc müraciət edib.
İctimai köməkçi qismində könüllü gənclər prokurorluq orqanlarında fəaliyyət göstərdiyi müddət ərzində prokurorluğun fəaliyyət istiqamətləri ilə yaxından tanış olacaq, yeni bilik və bacarıqlar qazanacaq, təhsil aldıqları müəssisələrdə hüquq sahəsi üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edəcəklər. Onlar ayrı-ayrı rayon (şəhər) prokurorluqlarında, o cümlədən prokurorluğun digər qurumlarında təcrübə keçəcək, prokurorluq işçilərinin iş təcrübəsini öyrənəcək, prokurorluqlarda keçirilən tədris məşğələlərində və seminarda iştirak edəcəklər.
Bununla əlaqədar martın 19-da Baş Prokurorluğun rəhbər heyəti ilə ictimai köməkçi qismində fəaliyyətə başlayacaq könüllü gənclərlə görüş keçirilib.
Könüllülərin ictimai köməkçi qismində fəaliyyəti ilə əlaqədar sənədlərinin qəbulu hazırda davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

