/ / Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
20.03.2019 [11:13]
Heydər Əliyev Fondunun təşəbbüsü ilə martın 19-da Talassemiya Mərkəzində, Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində, Suraxanı rayonundakı 2 saylı, Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərində Novruz bayramı münasibətilə şənliklər təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sosial layihələri, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün mütəmadi olaraq bayram şənlikləri keçirir. Ənənəyə sadiq qalan Fond bu təbəqədən olan uşaqlara növbəti dəfə sevinc bəxş etdi. İlaxır çərşənbəsi günündə təşkil edilən bayram şənliklərində balacalara əyləncəli proqramlar təqdim olundu. Onlara Novruz bayramının adət-ənənələri barədə məlumat verildi, viktorina və müxtəlif oyunlar keçirildi. Uşaqların sevincini bölüşmək, daim onların yanında olmaq kimi missiyanı üzərinə götürən Heydər Əliyev Fondunun təşkil etdiyi növbəti aksiya sayəsində balacalar daha birmənalı və yaddaqalan gün yaşadılar.
Tədbirlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışıldı. Həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi şəkildə görüşdüyü, onların təlim-tərbiyəsi ilə maraqlandığı, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün təşkil edilən müxtəlif tədbirlər və proqramlarda onlarla birgə olduğu qeyd edildi.
Bayram şənlikləri uşaqların rəngarəng çıxışları ilə davam etdi. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar da öz məharətlərini nümayiş etdirdilər, şeirlər söylədilər, mahnılar oxudular, səhnəciklər göstərdilər.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən bayram süfrəsi açıldı.
Şənliklərdə çıxış edən valideynlər, tərbiyəçi müəllimlər bu xeyirxah işlərin himayədarı olan Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya, vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

