IDEA Heyvanlara Qayğı Mərkəzinin yeni baytar heyəti fəaliyyətə başlayıb
02.04.2019 [09:24]
Məlum olduğu kimi, sahibsiz heyvanların sayının artması və onlara zəruri qayğının göstərilməməsi, xüsusilə küçə it və pişiklərinin vaxtında sterilizasiya edilməməsi və peyvəndlənməməsi ölkədə bir çox ekoloji, sanitar və səhiyyə problemlərinin yaranması ilə nəticələnə bilər. Bu xüsusda, artıq iki ildən çoxdur ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən yaradılmış IDEA Heyvanlara Qayğı Mərkəzi sahibsiz heyvanların rifah və sağlamlığının yaxşılaşdırılması istiqamətində çalışır.
Sterilizasiyası (axtalama və ya qısırlaşdırma) yolu ilə sahibsiz küçə heyvanlarının sayının tənzimlənməsi, onların müalicəsi və reabilitasiyası üzrə fəaliyyətin daha da gücləndirilməsi məqsədilə IDEA Heyvanlara Qayğı Mərkəzinin baytarlıq klinikasında işləmək üçün təcrübəli türkiyəli baytar həkim Seher Yousefitebaei dəvət olunub. Seher Yousefitebaei indiyə kimi Mərmərə Adalar Bələdiyyəsinin Heyvan Sağlamlığı şöbəsində baytarlıq işləri üzrə müdir vəzifəsində çalışıb, işlədiyi ərazidə sahibsiz heyvanlarla bağlı problemin hərtərəfli aradan qaldırılmasında, o cümlədən orada olan bütün küçə heyvanlarının sterilizasiya edilməsində həlledici rol oynayıb.
Bu barədə AZƏRTAC-a IDEA İctimai Birliyindən bildirilib.
Hazırda yeni baş baytar həkiminin rəhbərliyi altında mərkəzin klinikasında bacarıqlı yerli kadrlardan ibarət yeni baytar komandası, o cümlədən bir baytar həkim, iki baytar assistenti, eləcə də Azərbaycan Aqrar Universitetinin baytarlıq fakültəsindən olan təcrübəçilər fəaliyyət göstərir. Bununla yanaşı, əvvəlki illərdə olduğu kimi, mərkəz ölkəmizə könüllü əsaslarla səfər etmiş xarici baytar həkimlərin köməyi ilə mütəmadi kütləvi sterilizasiya kampaniyaları təşkil etmək niyyətindədir.
IDEA Heyvanlara Qayğı Mərkəzi bütün heyvansevərləri və könüllüləri sahibsiz heyvanlara öz yardımını davam etdirməyə, onları pulsuz cərrahiyyə və müalicə xidmətləri, sterilizasiya və peyvəndlənmə üçün mərkəzin klinikasına gətirməyə dəvət edir.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

