Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi İlbər Ortaylının mühazirəsi olub
16.04.2019 [09:29]
Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi, professor İlbər Ortaylının “Qafqaz tarixi” mövzusunda mühazirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, professor İlbər Ortaylı Avropa qitəsinin mühüm regionu olan Qafqaz ərazisində qədim dövrdə yaradılmış dövlətlər, burada yaşayan yerli əhali, eləcə də müxtəlif dövrlərdə əraziyə pənah gətirmiş, köçürülmüş tayfalar, etnik qruplar haqqında məlumat verib, eramızdan əvvəl mövcud olmuş Urartu dövlətinə dair erməni iddialarına qarşı tutarlı faktlarını diqqətə çatdırıb.
Mühazirəçi qeyd edib ki, istər Azərbaycan, istər Türkiyə ərazisində müxtəlif vaxtlarda həm sığınacaq axtaran xalqlar, həm də işğalçı dövlətlərin ərazisindən gələn xalqların nümayəndələri məskunlaşıb. Təsadüfi deyil ki, müasir dövrdə də hər iki dövlət qaçqın qəbul edir. İstər Azərbaycan, istərsə də Türkiyə ərazisində özəlliyini qoruyub saxlamış etnik qruplara rast gəlmək mümkündür. Ermənilər isə Qafqaza əsasən XVIII-XIX əsrlərdə köçürülüb.
Tarixçi alim çoxmillətli Qafqazda oğuz türkcəsinin geniş yayıldığını bildirib, əlifbanın bir neçə dəfə dəyişməsi məsələsinə aydınlıq gətirib, Mirzə Fətəli Axundzadənin əlifba islahatı layihəsini, türk dilinə məxsus səslərin ərəb qrafikası ilə yazmağın mümkünsüzlüyünü qeyd edib. O, Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin türklərin qədim dili, tarixi və mədəniyyəti haqqında məlumat verən dəyərli mənbə olduğunu söyləyib.
Türkiyəli professor Qafqazın müsəlmanlaşması məsələsinə aydınlıq gətirərkən, türklərə İslam dininin qılınc gücünə qəbul etdirilməsi barədə fikirlərin yanlış olduğunu, insanların bu dini zaman-zaman könüllü qəbul etdiklərini bildirib.
“Qafqaz bizim üçün bir tarixdir”, - deyən tarixçi alim Qafqazda səlcuqlar hakimiyyətini, XIX əsrdə Rusiya işğalına - 1828-ci il Türkmənçay müqaviləsinə qədər Azərbaycan dövlətlərinin hakimiyyətinin olduğunu, bu gün isə Qafqazda Azərbaycan Respublikasının mövqeyini vurğulayıb.
“Dünyada eyni dili danışanlar eyni yerdə yaşamasalar da, mənən, ruhən birdir”, - deyən professor İlbər Ortaylı Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında “Bir millət, iki dövlət” müdrik kəlamını xatırladıb.
Qeyd edilib ki, Nizami Gəncəvi farsca yazsa da, türk idi. İranda yaşayan Məmmədhüseyn Şəhriyarın Azərbaycan dilində yazdığı “Heydərbabaya salam” poeması onun mənən xalqına bağlılığını, onunla həmrəyliyini göstərir. Biz bir mədəniyyətik. Bu mədəniyyətin içində rənglər var, əsasında isə türklərin tarixi dayanır.
Mühazirəni Türkiyənin Azərbaycandakı səfiri, Milli Məclisin deputatları, tarixçi alimlər, ziyalılar, tələbələr, ictimaiyyət nümayəndələri dinləyiblər.
Türkiyəli professor tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
İlbər Ortaylı 1947-ci ildə anadan olub. Ankara Universitetinin siyasi biliklər fakültəsini və dil, tarix, coğrafiya fakültəsinin tarix bölməsini bitirib. Magistr təhsilini Çikaqo Universitetində alıb. 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 1979-cu ildə dosent, 1989-u ildə isə professor olub. Vyana, Berlin, Paris, Prinston, Moskva, Roma, Sofiya, Kembric, Oksford və Tunis universitetlərində dərs deyib, seminarlar aparıb. Türkiyənin bir sıra televiziya kanallarında müxtəlif proqramlar hazırlayıb.
2005-2012-ci illərdə Topqapı Saray Muzeyinin rəhbəri olub. Bir çox elmi məqalələrin müəllifidir.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

