20 nömrəli tam orta məktəb-liseydə “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil edilib
17.04.2019 [09:47]
Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində aprelin 16-da Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, məktəb-liseyin müəllimlərinin və şagirdlərinin iştirak etdikləri tədbirdə əvvəlcə narkotik vasitələrin zərərləri barədə videoçarx nümayiş olunub.
Tədbirdə XXXVI beynəlxalq konfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamından bəhs edilib, müvafiq qurumlarla birgə tədbirlər planının hazırlanıb təsdiq olunduğu barədə məlumat verilib. Konfrans çərçivəsində problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi müxtəlif tədbirlərin keçirilməsinin yeniyetmələrin və gənclərin maarifləndirilməsi istiqamətində böyük əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Bu məqsədlə xarici ölkələrdən ekspertlər seminarlar təşkil etmək üçün Azərbaycana dəvət edilib. Belə maarifləndirici tədbirlərin keçirilməsinin narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması baxımından önəmi qeyd edilib.
Seminarda Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqo şəhərində fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle Herron mühazirə oxuyub. Qeyd edib ki, o, dünyada gənclərə narkotikin zərərləri barədə mühazirələr keçir. İndiyədək Azərbaycan daxil olmaqla 10-dan çox ölkədə 500-dən çox təqdimatla çıxış edib.
“Proqramın məqsədi gəncləri reallıqda baş verənlərlə bağlı maarifləndirməkdir. Arzuların məhv olmasının ən asan yolu narkotiklərdən istifadədir. Biz belə tədbirlərdə tələbələrə, şagirdlərə, ümumiyyətlə, gənclərə məlumat veririk ki, narkotik vasitə insanların həyatına mənfi təsir göstərir. Biz bu barədə danışırıq və sonda gənclərdən onların seçimini soruşuruq”, - deyə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı vurğulayıb.
Rokuelle Herron müasir dövrün sosial bəlalarından olan narkomaniya və onun fəsadları barədə danışıb. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olanların müalicə edilməklə sağlam həyata qaytarılmasının önəmi qeyd edilib. Mühazirədə ABŞ-da narkomaniya ilə bağlı vəziyyətin ağırlığından, narkotiklərdən istifadənin fəsadlarından, onun qurbanlarının ilbəil artmasından bəhs olunub. Bildirilib ki, əgər 2018-ci ildə ABŞ-da 72 min gənc bu bəladan əziyyət çəkirdisə, 2019-cu ildə bu göstəricinin 80 min olacağı gözlənilir.
“İnanırıq ki, narkotik vasitələrin zərərləri barədə məlumat sayəsində gənclər həyatlarında doğru seçim edəcəklər. Çünki gənclərin bugünkü seçimləri gələcəkdəki həyatlarını müəyyənləşdirəcək. Narkotik istifadəçiləri dünyada zorakılığın yayılmasına təkan verir. Ümid edirik ki, bu problemlər Azərbaycana gəlməyəcək və gənclər öz gələcəklərini doğru istiqamətdə seçəcəklər”, - deyə Rokuelle Herron əlavə edib.
Tədbirdə Kolumbiyanın Narkotiklərlə Mübarizə İdarəsinin Boqotada fəaliyyət göstərən əməkdaşı Bobi Lukas narkomaniyanın qarşısının alınması yolları barədə məlumat verib.
Seminar tələbələrin, müəllimlərin suallarının cavablandırılması ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxHadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20

