/ / Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
19.04.2019 [10:09]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar çərçivəsində ölkəmizdə beynəlxalq standartlar səviyyəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılmaqla yanaşı, dövlətimizin bu sahədə beynəlxalq əlaqələri daim inkişaf etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səmərəli əməkdaşlıq əlaqələrinin davamı olaraq, aprelin 17-də Moskvada “Hakimlər və prokurorların fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş İdarəsinin, Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Rusiya Federasiyası Baş Prokurorluğunun, Xarici İşlər Nazirliyinin və Moskva Beynəlxalq Əlaqələr Dövlət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə IAP-ın vitse-prezidenti qismində Assosiasiyanı təmsil edən baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Rusiya Federasiyası baş prokurorunun birinci müavini Aleksandr Busmanın, Avropa Şurasının İnsan Haqları və Qanunun Aliliyi Baş İdarəsinin baş direktoru Xristos Yukomolosun, GRECO-nun prezidenti Marin Mrçelanın və digər ali vəzifəli nümayəndələrin iştirak etdikləri tədbirin yüksəksəviyyəli hissəsində çıxış edən Kamran Əliyev Rusiya Federasiyası Baş Prokurorluğunun Beynəlxalq Prokurorlar Assosiasiyasının işinə verdiyi töhfələrin, eləcə də Assosiasiyanın rəsmi saytının Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan rus dili versiyasının hazırda Rusiya Federasiyasının Prokurorluğu tərəfindən davam etdirilməsinin qurum tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Bununla yanaşı, Kamran Əliyev ölkəmizdə də aparılan sistemli korrupsiyaya qarşı mübarizə siyasəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş məhkəmə-hüquq islahatları barədə iştirakçılara məlumat verib, bu siyasətin mühüm hissəsini beynəlxalq tərəfdaşlarla əməkdaşlığın təşkil etdiyini vurğulayıb. Buna bariz nümunə kimi Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikasının prokurorluq orqanları arasında yüksələn xətt üzrə inkişaf edən səmərəli tərəfdaşlıq münasibətlərinin mövcud olduğu göstərilib.
Kamran Əliyev çıxışında, həmçinin təmsil etdiyi beynəlxalq qurumun maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin olunması istiqamətində fəaliyyətinin təşkili ilə bağlı ümumi məsələlərə də toxunub, iştirakçılara IAP-ın Korrupsiyaya Qarşı Mübarizə üzrə Prokurorlar Şəbəkəsinin (NACP) fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Rusiya Federasiyası baş prokurorunun birinci müavini Aleksandr Busman, Yunanıstan Respublikasının Ali Məhkəməsinin baş prokuroru Kseni Dimitriou-Vasilipolu və digər ölkələrin, habelə bir sıra beynəlxalq təşkilatların təmsilçiləri arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonda tədbirin proqramına uyğun olaraq dinlənilən məruzələr müzakirə edilib. Müzakirələrdə hakimlərin və prokurorların fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin edilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Kamran Əliyev Moskva Beynəlxalq Əlaqələr Dövlət İnstitutunda təhsil alan azərbaycanlı tələbələrlə də görüşərək, onların təhsili ilə maraqlanıb, suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

