Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması ilə bağlı müzakirələr aparılıb

Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması ilə bağlı müzakirələr aparılıb

20.04.2019 [16:38]

Bakı Biznes Universitetində bu ali məktəbin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsinin ikigünlük toplantısı işinə başlayıb.

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) AZƏRTAC-a bildirilib ki, toplantının birinci günündə layihənin tərəfdaş universistetləri tərəfindən görülən işlər barədə təqdimatlar olub. Azərbaycan universitetlərində keyfiyyət idarəetmə sisteminin tətbiq edilməsində qarşıya çıxan çətinliklər və keyfiyyət təminatı mərkəzlərinin iş planlarının “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və qaydalar”a uyğunlaşdırılmasındakı əsas problemlər və görüləcək işlər haqqında müzakirələr aparılıb.

İclasda ATMU-nun layihə koordinatoru Flora Ələsgərova, rektor müşaviri Elvin Yusifli, tədris-metodiki şöbənin müdiri Simnar Mamedov və beynəlxalq söbənin mütəxəssisi Faina Qaçabəyova təmsil ediblər. F.Ələsgərova və S.Mamedov universitetdə görülən işlər barədə təqdimatla çıxış ediblər.

Toplantıda Təhsil Nazirliyinin, Avropa Komissiyasının, Milli “Erasmus+” Ofisinin və layihənin tərəfdaşları olan Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Paylaş:
Baxılıb: 599 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31