Türkiyə səfiri Erkan Özoral “İki sahil” qəzetinin redaksiyasında olub
30.04.2019 [09:58]
Aprelin 29-da Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral “İki sahil” qəzetinin redaksiyasında olub. Qonağı salamlayan “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından danışıb. Bildirib ki, bu gün ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri ən yüksək səviyyədədir.
Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən söz, fikir və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilir: “Bu gün Azərbaycanda kütləvi informasiya vasitələri müstəqil şəkildə fəaliyyət göstərirlər. Təbii ki, bütün bunların əsasında dövlətin bu sahəyə olan diqqət və qayğısı, azad medianın inkişafı üçün yaratdığı münbit şərait durur. Ölkəmizdə qeydiyyatdan keçən və fəaliyyət göstərən çoxlu sayda kütləvi informasiya vasitəsinin mövcudluğu bir daha söz və mətbuat azadlığının beynəlxalq standartlar səviyyəsində təmin olunduğunu nümayiş etdirir”.
“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, Azərbaycanda azad mətbuatın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir: “Dövlətimizin başçısı İlham Əliyev mütəmadi olaraq KİV-in inkişafına təkan verən, onun müstəqil fəaliyyəti üçün imkanlar yaradan çox mühüm addımlar atır. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 130, 135 və 140 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunub. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası qəbul edilib, medianın sürətli tərəqqisi üçün müvafiq Fond təsis edilib. Eyni zamanda, jurnalistlərin mənzil probleminin həll edilməsi üçün bu günə qədər 400-dən çox mətbuat işçisinə dövlət hesabına mənzillər verilib. Bu da dünyada analoqu olmayan bir prosesdir və hazırda da davam etməkdədir”.
V.Rəhimzadə səfirə “İki sahil” qəzetinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verib.
Səmimi görüşə görə “İki sahil” qəzetinin rəhbərinə öz minnətdarlığını ifadə edən Türkiyə səfiri Erkan Özoral ölkələrimiz arasındakı münasibətlərdən danışıb, həmçinin bütün sahələrdə, o cümlədən kütləvi informasiya vasitələri arasında əməkdaşlığın faydalı olduğunu vurğulayıb.
Səfir Azərbaycana 1997-ci ildə, daha sonra isə 2005 və 2009-cu illərdə səfər etdiyini və hər gəlişində böyük inkişafın şahidi olduğunu dilə gətirib. “Biz 28 ildir ki, özümüzü daha güclü hiss edirik, çünki artıq müstəqil Azərbaycan var”, - deyən səfir Erkan Özoral öz hisslərini bu cür səmimi şəkildə ifadə edib.
“İki sahil” qəzetinin redaksiyası və kollektivi ilə yaxından tanış olan qonaq xoş arzularını çatdırıb, xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

