/ / Bakının 2022-ci ildə 73-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi üçün təbliğat-təşviqat işləri aparılıb
Bakının 2022-ci ildə 73-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi üçün təbliğat-təşviqat işləri aparılıb
30.04.2019 [10:00]
Bakının 2022-ci ildə 73-cü Beynəlxalq Astronavtika Konqresinə (IAC) ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi məqsədilə geniş təbliğat-təşviqat işləri aparılıb.
“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, şirkət aprelin 24-dən 26-dək Mərakeş Krallığının Mərrakeş şəhərində Beynəlxalq Astronavtika Federasiyası tərəfindən ilk dəfə keçirilən “İnkişaf etməkdə olan ölkələrin kosmik sahə üzrə qlobal konfransı”nda təmsil olunub. “Azərkosmos”un da üzv olduğu Beynəlxalq Astronavtika Federasiyasının adıçəkilən konfransında ASC-nin nümayəndə heyəti şirkətə məxsus stenddə konfrans iştirakçılarına Azərbaycanın kosmik sahədəki rolu barədə ətraflı məlumat verib. Həmçinin milli kosmik proqramların həyata keçirilməsinin dinamik inkişaf tempinə malik olan Azərbaycanın davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğu vurğulanıb.
Federasiya tərəfindən ilk dəfə “Kosmik sahədə inkişaf etməkdə olan ölkələr arasında körpü quraq” devizi altında keçirilən konfransda digər ölkələrin kosmik agentlikləri, hökumət və qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələri də daxil olmaqla, beynəlxalq ictimaiyyət bir araya gəlib.
Konfransın ilk sessiyasında kosmik sənaye üzrə tətbiqlərin inkişaf etməkdə olan ölkələrə sosial-iqtisadi faydaları, bu sahədə innovativ texnologiyaların transferi, ölkələrarası təcrübə mübadiləsi, kosmik proqramların həyata keçirilməsi üçün lazım olan əsas infrastruktur tələbləri barədə qarşılıqlı müzakirələr aparılıb. Növbəti sessiya isə kosmik texnologiya və bu sahədə bacarıqların inkişafı mövzusu ətrafında davam edib.
Beynəlxalq Kosmik Universitetin baş icraçı direktoru Yuan de Dalmau inkişaf etməkdə olan ölkələrdə kosmik proqramların gələcək inkişaf strategiyasının, eləcə də bu sahədə müvafiq biliklərin qazanılmasının kosmik sənaye tərəfindən fəal şəkildə dəstəklənməsinin vacib olduğunu diqqətə çatdırıb.
Eyni zamanda, kosmik sənayenin inkişaf etdiyi ölkələrin təkcə peyk xidmətləri ixrac etməklə deyil, eləcə də tədqiqatlar aparmaq, ənənəvi peyk xidmətlərindən daha çox bilik və innovasiyatutumlu əlavə dəyərli xidmətlər, informasiya məhsulları hazırlamaq və təqdim etməli olduğuna dair fikirlər səsləndirilib.
Daha sonra Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES) və “Avropa Kosmik Agentliyi”nin (ESA) prezidenti Jan-Iv Le Qal hazırda kosmik sənayenin inkişaf etdiyi ölkələrdə bu sahə üzrə insan kapitalının formalaşdırılması ilə yanaşı, yeni nəsil mütəxəssislərin sahib olduğu potensialın üzə çıxarılması üçün münbit şəraitin yaradılmasının zəruriliyini qeyd edib. O, həmçinin inkişaf etməkdə olan ölkələr arasında dialoqun qurulması və beynəlxalq əməkdaşlığın inkişafına səy göstərilməsini yüksək qiymətləndirib.
Konfransın yekun sessiyasında Jan-Iv Le Qal inkişaf etməkdə olan ölkələrə beynəlxalq kosmik arenanın bir parçası olmaq üçün bu sahədə cərəyan edən sosial-iqtisadi proseslərə və müasir çağırışlara uyğunlaşmağa dair tövsiyələrini bildirib.
Bununla yanaşı, konfransın keçirildiyi müddətdə federasiyaya üzv qurumlar arasında 2022-ci ildə keçiriləcək 73-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi məqsədilə geniş təbliğat-təşviqat işləri aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

