Özbəkistanla ədliyyə sahəsində əməkdaşlıq genişlənir
01.05.2019 [09:27]
Bu günlərdə Özbəkistanın paytaxtında Daşkənd Hüquq Baharı Beynəlxalq Forumu keçirilib. Dünyanın 44 ölkəsindən mindən çox nümayəndənin, o cümlədən ədliyyə, məhkəmə və digər orqanların, maliyyə institutlarının rəhbərlərinin, hakimlərin, vəkillərin və elm xadimlərinin qatıldıqları Forumda Azərbaycan ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Forumu giriş nitqi ilə Özbəkistanın ədliyyə naziri Ruslanbəy Dövlətov açıb. İnteraktiv dialoq şəraitində aparılan tematik konfranslar və dəyirmi masalarda müasir dünyada konstitusiya hüququnun rolu, qanun yaradıcılığı prosesi, hüquqi yardımın əlçatanlığı, məhkəmə ekspertizası fəaliyyəti, o cümlədən özəl ekspertiza, bu sahədə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə və digər bir çox aktual mövzular üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Forumda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər, o cümlədən elektron ədliyyə köşkü, elektron məhkəmə və elektron icra informasiya sistemlərinin tətbiqi, probasiya xidmətinin fəaliyyəti, bu sahədə innovasiyaların hüquq elminə və dövlət idarəçiliyinə təsiri məsələləri iştirakçıların diqqətinə çatdırılıb.
Səfər çərçivəsində Özbəkistanın ədliyyə naziri R.Dövlətov ilə görüş keçirilib. Görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, hər iki dövlətdə ədliyyə sahəsində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb, Azərbaycan təcrübəsinə böyük maraq göstərilib. Ölkələrimizin ədliyyə orqanları arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.
Dövlətimizin başçısının məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, səfər zamanı nümayəndə heyəti Özbəkistan Ədliyyə Nazirliyinin yeni inşa edilən Respublika Məhkəmə Ekspertizası Mərkəzinin binasına baş çəkərək fəaliyyəti və iş şəraiti ilə tanış olub, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

