Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Türk Anadolu liseyində "Bizim mədəniyyət və sənət şənliyi" adlı festival keçirilib

Bakı Türk Anadolu liseyində "Bizim mədəniyyət və sənət şənliyi" adlı festival keçirilib

01.05.2019 [16:30]

Mayın 1-də Bakı Türk Anadolu liseyində "Bizim mədəniyyət və sənət şənliyi" adlı festival keçirilib. Festivalda liseyin şagirdləri tərəfindən düzəldilən motorlu təyyarələr, kağızdan kəsilmiş müxtəlif fiqurlar, fizika qanunlarına uyğun düzəldilmiş qurğular, müxtəlif robotlar, antik əşyalar, astronomik maketlər və s. əl işləri nümayiş olunub.
TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə keçiilən tədbiri giriş sözü ilə açan Bakı Türk Anadolu Liseyinin rəhbəri Nurullah Feyzi Yazıcı festival iştirakçılarını təbrik edib. Bildirib ki, liseyin şagirdləri təhsillə, elmlə maraqlanır, kompüterlə vaxtlarını keçirmirlər. "Bunu bacardığımız üçün çox sevinirəm", - deyən lisey rəhbəri kitab oxumağın hər zaman vacib olduğunu vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Mahmut Ağırman tədbir iştirakçılarını salamlayaraq deyib: "Mustafa Kamal Atatürk deyib ki, həyatda ən mühüm şey bilikdir. Bu sözləri əsas tutaraq fəaliyyətimizi Azərbaycanda genişləndirməyə çalışdıq. Məqsədimiz bu balaca uşaqlara təhsil verərək onları gələcəyə hazırlamaqdır. Ümid edirəm ki, liseyin şagirdləri burada oxuduqlarından fəxr edəcəklər".
Tədbir zamanı liseyin adından qonaqlara sertifikatlar təqdim olunub.
Sonra festival musiqi proqramı ilə davam edib.

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31