Dövlət Neft və Sənaye Universiteti ilə Atılım Universiteti arasında memorandum imzalanıb
03.05.2019 [09:58]
Mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Türkiyənin Atılım Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İmzalanma mərasimində ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, Qaz-neft-mədən fakültəsinin dekanı professor Qafar İsmayılov, həmçinin Əcnəbi tələbələrin dekanı Yaşar Həsənov və digərləri iştirak ediblər.
Qonaqları salamlayan ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Q.Məmmədov universitetdə tədris prosesi, fakültələr, beynəlxalq əməkdaşlıq, startap layihələri, o cümlədən universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında geniş məlumat verib. Bildirib ki, 1920-ci ildən fəaliyyət göstərən ali məktəb gələn il 100 illik yubileyini keçirməyə hazırlaşır. ADNSU-nun Avropa və Asiya regionunda ilk neft təmayüllü ali məktəb olduğunu deyən prorektor burada Türkiyə də daxil olmaqla dünyanın ayrı-ayrı ölkələrinin vətəndaşlarının təhsil aldığını söyləyib.
Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyənin Atılım Universitetinin prorektoru, professor Sərkan Əryılmaz bu əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyini və Türkiyə-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Sərkan Əryılmaz təmsil etdiyi universitet haqqında məlumat verərək bildirib ki, əsası 1996-cı ildə qoyulan bu ali təhsil ocağı Türkiyənin paytaxtı Ankara şəhərində yerləşir. Universitet “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində, “Times Higher Education World University Ranking”lərdə əhəmiyyətli mövqelər tutub. S.Əryılmaz onu da vurğulayıb ki, Ankaranın “Esenboğa” hava limanında fəaliyyət göstərən Mülki Aviasiya Tədris Mərkəzində tələbələrin təcrübə proqramları keçmələri üçün də hər bir şərait yaradılıb.
Qonaqlar ADNSU ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirib yeni layihələr üzərində işləmək istədiklərini diqqətə çatdırıblar.
Sonra universitetlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb, iki ali məktəb arasında əməkdaşlığa dair memorandum imzalanıb. Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində müəllim-tələbə mübadiləsi, birgə elmi konfranslar, seminarlar və bu kimi digər fəaliyyətlər həyata keçiriləcək.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22

