Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Atatürk Liseyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilib

Bakı Atatürk Liseyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilib

10.05.2019 [16:49]

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. 
Tədbiri giriş sözü ilə açan liseyin müdiri Eylem Gültəkin Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Natiq qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində Azərbaycan xalqı üçün misilsiz xidmətlər göstərib.
Liseyin müdiri Ulu Öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu zaman bütün sahələr kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşdığını deyib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib, tarixi Fərman və sərəncamlar imzalayıb”.
Çıxışına davam edən Eylem Gültəkin deyib ki, Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən böyük liderlərindən biridir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə böyük önəm verib.
Sonra liseyin şagirdlərinin ifasında Ulu Öndərə həsr edilmiş şeirlər səsləndirilib, dahi şəxsiyyətin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31