AzMİU-da İtaliya-Azərbaycan Dizayn Mərkəzinin açılışı olub
21.05.2019 [09:56]
Mayın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə təhsil naziri Ceyhun Bayramov, İtaliyanın Bakıdakı səfiri Auqusto Massarini, Milan Politexnik Universitetinin dizayn kafedrasının rəhbəri, professor Silvia Piardi, Dizayn Məktəbinin dekan müavini Françesko Zurlo, professor Mauro Secenello, dosent Silvia Qrameqna iştirak ediblər.
Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova ötən ilin iyul ayında iki ölkə arasında bir çox sahədə əməkdaşlıq sənədlərinin, o cümlədən AzMİU ilə Milan Politexnik Universiteti arasında anlaşma memorandumunun imzalandığını xatırladıb. Rektor qeyd edib ki, həmin sənəddən irəli gələn məsələlərdən biri AzMİU-nun nəzdində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması təşəbbüsü olub.
Professor Gülçöhrə Məmmədova mərkəzi yaratmaqda məqsədin ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaq olduğunu vurğulayıb. Rektor AzMİU-da dizayn ixtisasını modernləşdirmək üçün təhsil proqramlarını da italyanların proqramına uyğunlaşdırmağın vacibliyini və bu istiqamətdə müəyyən işlər görüldüyünü bildirib.
Gülçöhrə Məmmədova bu il ilk dəfə olaraq dizayn ixtisası üzrə ingilisdilli tədrisin aparıldığını, bununla da ilkin addımlar atıldığını söyləyib.
Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb. İtaliya-Azərbaycan Dizayn Mərkəzinin açılmasının təhsilə töhfə verəcəyini qeyd edən nazir bu münasibətlə AzMİU-nun kollektivini təbrik edib, uğurlar arzulayıb.
İtaliyanın Bakıdakı səfiri Auqusto Massarini öz ölkəsi ilə Azərbaycan arasında təhsil əlaqələrinin əhəmiyyətindən bəhs edib. Səfir yeni mərkəzin dizayn ixtisasında təhsil alan tələbələrin mütəxəssis kimi yetişməsində mühüm rolu olacağına əminliyini vurğulayıb.
Digər çıxış edənlər də mərkəzin təşkil olunmasını yüksək qiymətləndiriblər.
Sonra tədbir iştirakçıları dizayn ixtisasında təhsil alan tələbələrin italyan müəllimlərin rəhbərliyi altında keçirilən vorkşopda hazırladığı layihələrin təqdimatına baxıblar.
İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Könül Şirin qonaqları mərkəzin Sürətli Prototipləşdirmə Laboratoriyası, Maket studiyası və Ağac Emalatxanası ilə tanış edib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

