Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azyaşlı övladını döyən valideyn tutularaq istintaqa cəlb edilib

Azyaşlı övladını döyən valideyn tutularaq istintaqa cəlb edilib

12.06.2019 [09:23]

Gəncə şəhər sakini 2005-ci il təvəllüdlü Oqtay Nəbiyevin (ad və soyad şərtidir) atası tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsində aparılmış ilkin araşdırma zamanı dərhal hadisə yerinə baxış keçirilib. Hadisə şahidlərinin izahatları alınıb və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fakta görə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31