Paytaxt məktəbləri 2018-2019-cu tədris ilini yüksək göstəricilərlə başa vurub
14.06.2019 [15:34]
Rəşad Tağıyev: Təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün potensial imkanlar səfərbər edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyevin "Yeni Azərbaycan" qəzetinə müsahibəsini təqdim edirik:
- Rəşad müəllim, 2018-2019-cu tədris ili paytaxt məktəbləri üçün nə ilə yadda qaldı?
- 2018-2019-cu tədris ilində ümumi təhsil sahəsində müəyyənləşdirilmiş prioritet fəaliyyət istiqamətlərinə uyğun olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib. Təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün potensial imkanlar səfərbər edilib. Təhsil nazirinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrinə əsasən, fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinifləri şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması kimi məsələlərə xüsusi diqqət yetirilib. Həmçinin məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodiki köməklik göstərilməsi də davamlı olaraqnəzarətdə saxlanılıb.. Məlumat üçün bildirim ki, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə də 27 563 müəllim çalışır. Onu da qeyd edim ki, məktəblərimizdə 424 118 şagird təhsil alır, o cümlədən I sinifləri 45 616, IX sinifləri 28 993, XI sinifləri 19 786, XII sinifləri isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 655 nəfər başa vurur.
- 2019-2020-ci tədris ilində paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə qəbul prosesində hansı yeniliklər gözlənilir?
- 2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi vasitəsilə aparılıb. Qeyd edim ki, tədris digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərib. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müsahibə prosesi zamanı videoçəkilişin aparılması təmin edilib. Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. 2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 44 875 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib. Qeyd edim ki, 2018-2019-cu tədris ilində 264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 23 840 uşaq məşğələlərə cəlb olunub. "Sağlam təhsil-sağlam millət" layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsinin 168 sinfində "Sağlam təhsil" sinifləri fəaliyyət göstərib. Həmçinin cari tədris ilində paytaxtdakı 15 məktəbdə 21 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.
- Mümkünsə, 2018-2019-cu tədris ilində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş müəssisələr barədə məlumat verərdiniz.
- Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında", "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında" və "Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında" müvafiq sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlərə 18 milyon manat, Bakı şəhəri və paytaxt qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmirinə 40 milyon manat, Azərbaycanda təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat vəsait ayrılıb. Bəhs olunan sərəncamların icrası yüksək səviyyədə təmin olunub. Belə ki, 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 4 məktəbin binası yenilənib və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb. Eləcə də 224 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb. Hazırda 2 məktəbdə əsaslı təmir işləri davam etdirilir. 3 məktəb üçün köhnə korpuslar sökülərək yenilərinin tikintisinə başlanılıb.
- Müəllim və direktorların işə qəbul qaydalarında hansı yeniliklər tətbiq olunub?
- Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün 1350 vakansiya təqdim olunub. Müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 790 nəfər daimi əsaslarla işə qəbul olunub. Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində isə 265 müəllim iş yerini dəyişib. Nazirlik tərəfindən təşkil edilən daimiləşmə prosesində müddətli müqavilə ilə çalışan 269 müəllimin 2019-2020-ci dərs ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə işə qəbuluna razılıq verilib. Həmçinin 2018-2019-cu tədris ili ərzində 33 nəfər direktor vəzifəsinə işə qəbul edilib. Eyni zamanda, ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar. Belə ki, Bakı məktəblərində çalışan 6 müəllim "Tərəqqi" medalına, 10 müəllim "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Qeyd edim ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 580 manat təşkil edir.
- 2018-2019-cu tədris ili ərzində paytaxt məktəblərində hansı layihə və müsabiqələr həyata keçirilib?
- Bəhs olunan tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində bir sıra layihələr və müsabiqələr həyata keçirilib ki, bunlardan biri də 5000-dən artıq şagird in iştirak etdiyi "Eko-təqdimatlar" layihəsidir. Təhsil Nazirliyinin "ASAN xidmət"lə birgə reallaşdırdığı "Məktəblinin dostu" layihəsini də sizə təqdim etmək istərdim. Bu layihə çərçivəsində tədris ili ərzində şagirdlər arasında breyn-rinq, bilik yarışları, futbol çempionatı və ekskursiyalar təşkil olunub, müxtəlif mövzularda təlimlər keçirilib. Həmçinin valideynlərin maarifləndirilməsi üçün "Açıq qapı" günləri təşkil olunub. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin 96 illik yubileyi münasibətilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə məktəblilər arasında çempionat baş tutdu. Bundan başqa, "British Council" ilə birgə əməkdaşlq çərçivəsində 4 günlük "Teacher Activity Groups" (Müəlimlərin Fəaliyyət Qrupları) və 2 günlük "Debate, Negotitation, Dialogue" (Debat, Əlaqə, Dialoq) mövzularında təkmilləşdirmə təlimləri keçirilib. Mühüm layihələrdən biri də Təhsil Nazirliyi, British Potrelium Neft Şirkəti və Britaniya Şurası Təşkilatının (British Council) birgə əməkdaşlığı çərçivəsində "İcmalar üçün ingilis dili" layihəsi idi. Layihə Azərbaycanın 10 bölgəsini və Bakı şəhəri üzrə Qaradağ inzibati rayonunun neft boru kəməri keçən qəsəbələrini əhatə edirdi. Həmçinin Təhsil Nazirliyi və YUNİSEF-in birgə təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi" layihəsini də diqqətə çatdıra bilərəm. Qeyd edim ki, bu layihəyə cəlb olunmuş müəllimlər üçün "Təlimçilərin Təlimi" də keçirildi. Bununla yanaşı, "Ən yaxşı təqdimat", "Ədəbiyyat biliciləri", "Sabahın alimləri" VIII Respublika Müsabiqəsi, "Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi" mövzusunda müsabiqə-konfrans, V Respublika fənn müsabiqələri, Gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələrini vurğulamaq yerinə düşərdi.
- Bildiyimiz qədər, paytaxt məktəbliləri beynəlxalq arenada da ölkəmizi layiqincə təmsil ediblər.
- Bəli, doğru vurğulayırsınız. Son tədris ili çərçivəsində məktəblilərimiz bir sıra beynəlxalq layihələrdən Vətənimizə qələbə ilə qayıdıblar. Belə ki, 2019-cu il 12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirildi və ölkəmizi bu müsabiqədə 7 şagird 5 layihə ilə təmsil edib. Məktəblilərimiz eləcə də 17-ci beynəlxalq kompüter layihələri olimpiadasından da (İnfomatrix Asia) medalla qayıtdılar. Qazaxıstanın Almatı şəhərində keçirilən olimpiadada 62 nömrəli məktəb-liseyin VIII sinif sagirdi Yusif Eyvazlı və X sinif şagirdi Nicat Dəmirçiyev bürünc medala layiq görüldülər. Bununla yanaşı, 20-22 aprel 2019-cu il tarixində Sankt-Peterburq şəhərində keçirilən "Özündə alimi kəşf et" VI Ümumrusiya elmi-innovasiya konfransında da məktəblilərimiz uğurla iştirak etdilər. Belə ki, Bakı şəhəri 177 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Leyla Məmmədzadə və 16 nömrəli Texniki-Humanitar Liseyin IX sinif şagirdi Əli Bağırov konfransda "Riyaziyyat və informatika" seksiyası üzrə "Ortalaşmış ölçmələr əsasında siniflərin sərhədlərinin təyini" adlı layihə ilə ölkəmizi təmsil edib və III dərəcəli diploma layiq görülüblər.
Eləcə də 18 nömrəli tam orta məktəbin XI sinif şagirdi Faiq Məmmədzadə Rumıniyada keçirilən beynəlxalq robotexnika yarışında I yeri tutub və qızıl medala layiq görülüb. Həmçinin beynəlxalq yarışda 276 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sübhan Seyfullayev II yeri tutub və gümüş medalın sahibi olub. Beynəlxalq rəsm müsabiqəsində də uğurlu nəticələrimiz olub. Belə ki, Bakı şəhəri 46 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rauf Məmmədov Moskva şəhərində keçirilən uşaq rəsm müsabiqəsində I yerə layiq görülüb. Məktəblilərimiz bayrağımızı ölkədən kənarda qürurla dalğalandırmağa nail olublar. Belə ki, məktəblilərimiz Avropa çempionatından qalibiyyətlə qayıdıblar. Çempionatda karate idman növü üzrə ölkəmizi təmsil edən 2 paytaxt məktəblisi-147 nömrəli Texniki-humanitar liseyin X sinif şagirdi Tale Yaqubov və 187 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əminağa Quliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüblər.
Paytaxt məktəblərinin şagirdləri həmçinin İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirdən Vətənə böyük qalibiyyətlə qayıdıblar. Onlardan 20-si qızıl, 7-si gümüş, 7-si isə bürünc medala layiq görülüb. Qeyd edək ki, İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə 1600-dən çox idmançının qatıldığı beynəlxalq turnirdə Azərbaycanı təmsil edən bütün idmançılar parlaq çıxışları ilə yadda qalıblar.
297 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əli Sadıqzadə isə Gürcüstanda kikboksinq idman növü üzrə keçirilən beynəlxalq yarışda I yerə layiq görülüb. Final mərhələsində 2 erməni idmançını məğlub edən Ə.Sadıqzadə qızıl medal və diplomla mükafatlandırılıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06

