/ / Yeganə Əsgərli: Yay məktəbləri vasitəsi ilə gənclər öz siyasi biliklərini, dünyagörüşlərini, intellektual səviyyələrini artırıblar
Yeganə Əsgərli: Yay məktəbləri vasitəsi ilə gənclər öz siyasi biliklərini, dünyagörüşlərini, intellektual səviyyələrini artırıblar
24.07.2019 [09:23]
“Gənclər siyasəti ölkəmizdə uğurla davam etdirilir və bu, birmənalıdır. Bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında, böyük sosial təbəqə kimi demokratikləşmə və yüksək inkişaf prosesində fəal iştirak edir, bütün sahələr üzrə nailiyyətlər qazanırlar. YAP-ın üzvü olan gənclər də ölkənin ictimai-siyasi həyatında və sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında fəal rol oynayırlar. Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər ölkəmizin uğurlu gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışıb, Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı, YAP-ın “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin iştirakçısı Yeganə Əsgərli deyib.
Y.Əsgərli bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin əyani nümunəsi olaraq Yeni Azərbaycan Partiyasının “Gənc liderlər üçün yay məktəbləri” layihəsini göstərə bilərik. Yeganə Əsgərli yay məktəbinin I Oğuz turunun iştirakçısı olub. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının “Gənc liderlərin yay məktəbləri” ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsidir: “Bu yay məktəbi vasitəsi ilə gənclər öz siyasi biliklərini, dünyagörüşlərini, bilik yarışları nəticəsində intellektual səviyyələrini artırıblar. Burada keçirilən hər bir tədbir biz gənclərin asudə vaxtlarımızın səmərəli təşkil edilməsinə, həmçinin ictimai və siyasi həyatdakı fəaliyyətimizin daha da artırılmasına birbaşa təsir etdi. “Yay məktəbləri” şəxsən mənim və gənc həmfikirlərim üçün böyük bir məktəb, uğurlu bir təcrübə, həmçinin yeni biliklərin əldə edilməsinə zəmin yaratmış oldu.
Yay məktəbində müxtəlif istiqamətlər üzrə keçirilən təlimlər bizə biliklərimizi artırmaqda kömək oldu”.
“Düşünürəm ki, layihə çərçivəsində keçirdiyimiz altı gün mənim və bütün iştirakçı gənclərin həyatında öz marağı və faydalı informasiya bolluğu ilə iz qoydu. Ən əsası, burada ölkəmizin hər bir regionundan olan yeni dostlar qazandım. Yay məktəbi layihəsinin təşkil olunmasına, gənclərimizə göstərilən diqqət və qayğıya görə partiyamızın rəhbərliyinə təşəkkür edirəm”, - deyə Y.Əsgərli qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19

