Milli Məclis sədrinin müavini Bahar Muradova Füzulidə sakinlərlə görüşüb
26.07.2019 [08:21]
Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Füzuli rayonunun Horadiz şəhərində sakinlərlə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Məclis sədrinin müavini Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, rayonda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən tikinti-quruculuq işlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, məcburi köçkünlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra qazanılan uğurlardan söz açıb, respublikamızda bütün sahələrdə əldə edilən nailiyyətlərin təməlində Heydər Əliyev ideyalarının dayandığını, Ulu Öndərin dövlətçilik siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, müstəqil Azərbaycan qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyir. Azərbaycan öz tarixinin şərəfli bir dövrünü yaşayır. Azərbaycan dövlət olaraq çox güclü, xalq olaraq inamlıdır.
Bahar Muradova Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində cari ildə imzalanan sərəncamlardan bəhs edərkən bildirib ki, atılan addımlar sosial inqilab xarakteri daşıyır. Ölkəmizdə yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlar imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.
Azərbaycanda ordu quruculuğu sahəsində görülən işləri diqqətə çatdıran Bahar Muradova 1994-cü ilin uğurlu Horadiz əməliyyatından və 2016-cı ilin Aprel zəfərindən danışıb. Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə qadir və hazır olduğunu bildirib. O, Lələtəpə yüksəkliyində ucaldılan üçrəngli bayrağımızın hazırda işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminliyini ifadə edib.
Yığıncaqda çıxış edən rayon sakinləri Prezident İlham Əliyevin islahatlar kursunu dəstəklədiklərini vurğulayaraq, bütün sahələrə, xüsusən qaçqın və məcburi köçkünlərə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
İştirakçılar sonda Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin sözlərinə Azad Zahidin yazdığı “Horadiz halayı” musiqi əsərinin klipinə baxıblar.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33

