/ / Azərbaycanın Misirdəki diaspor rəhbəri əl-Əzhər Universitetinin rektoru ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycanın Misirdəki diaspor rəhbəri əl-Əzhər Universitetinin rektoru ilə əməkdaşlıq məsələlərini müzakirə edib
18.09.2019 [09:17]
“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov dünyanın ən qədim və ən böyük universitetlərindən olan əl-Əzhər Universitetinin rektoru professor Məhəmməd əl-Məhrasavi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında tarixi, mədəni və siyasi əlaqələrdən, təhsil sahəsində əməkdaşlıqdan söhbət açılıb. Seymur Nəsirov xalqlarımız arasında əlaqələrin inkişafında Azərbaycan dilinin tədrisinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu sahəyə verdiyi dəstəyə görə Məhəmməd əl-Məhrasaviyə təşəkkürünü bildirib. S.Nəsirov öz tərəfindən Azərbaycan dili və ədəbiyyatının tədrisində hər cür dəstəyi verməyə hazır olduğunu qeyd edib.
Görüşün əsas mövzularından biri Azərbaycan İlahiyyat İnstitutu ilə əl-Əzhər Universiteti arasında əlaqələr qurulması olub.
Seymur Nəsirov Azərbaycana səfəri çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla bu ali təhsil müəssisəsi və Misir universitetləri arasında əməkdaşlıq məsələlərini müzakirə edib. Aİİ-nin rektoru Ceyhun Məmmədov ali məktəbin xarici ölkə universitetləri, o cümlədən əl-Əzhər universiteti ilə əlaqələr qurulmasında maraqlı olduğunu qeyd edib.
Məhəmməd əl-Məhrasavi Azərbaycanın Misirlə dost və qardaş ölkə olduğunu bildirərək hər zaman Azərbaycan universitetləri ilə əməkdaşlıq etməyə və əl-Əzhər universitetində təhsil alan azərbaycanlı tələbələrə lazımi dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. Rektor Əl-Əzhər universitetində təhsil alan tələbələrə verdiyi dəstəyə görə Seymur Nəsirova təşəkkürünü bildirib.
Qeyd edək ki, Əl-Əzhər Universiteti 972-ci ildə fəaliyyətə başlayıb və hazırda orada dünyanın 115 ölkəsindən tələbə təhsil alır. Universitetdə tələbələrin ümumi sayı yüz minlərlədir. Bu universitetin Humanitar fənlər fakültəsində 300-dən çox tələbəyə Azərbaycan dili tədris olunur. Tədrisi diaspora sədrinin köməkçisi İnarə Osmanova aparır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

