Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasında mühüm rol oynayır
25.09.2019 [09:31]
Ekspertlərin qeyd etdikləri kimi, Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevrilən Azərbaycan regional və beynəlxalq əməkdaşlığın dərinləşməsinə fundamental töhfələr verir
Müstəqil Azərbaycanın müasir mənzərəsini səciyyələndirən ən mühüm amillər möhkəm ictimai-siyasi sabitlik və dinamik iqtisadi inkişafdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və müasir çağırışlara uyğun həyata keçirilən uğurlu siyasət Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edib. Azərbaycanın müstəqil milli dövlət kimi dinamik inkişaf yolunda inamla və əmin addımlarla irəliləməsini təmin edən mühüm strateji amillərdən biri milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasətin həyata keçirilməsidir. Bu strateji kurs respublikamızın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib. Regional güc mərkəzi olan respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütövlükdə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.
Şübhəsiz ki, bu kontekstdə milli maraqlara əsaslanan, praqmatik enerji strategiyasının əhəmiyyəti xüsusi vurğulanmalıdır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan rasional enerji strategiyasının uğurla icra olunması nəticəsində həm sosial-iqtisadi inkişaf, yüksəliş təmin olunub, həm də Azərbaycanın təşəbbüsü və liderliyi ilə geostrateji əhəmiyyətli layihələr reallaşdırılıb, mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradılıb. “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq iqtisadiyyata inteqrasiyasını sürətləndirdi, regional əhəmiyyətli, qlobal xarakterli yeni əməkdaşlıq platformalarının yaranmasını təmin etdi. Beləliklə, Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Əsas strateji məqamlardan biri də budur ki, Azərbaycanın praqmatik enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması çoxşaxəli əməkdaşlığın səmərəli nəticələridir.
Bunlarla yanaşı, Azərbaycanda yaradılan müasir infrastruktur ölkəmizi Avrasiyada strateji nəqliyyat qovşağına çevirib. Son 15 ildə ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit məkana çevrilməsini təmin etmək məqsədilə böyük iş həcmi yerinə yetirilib, bir sıra önəmli layihələr reallaşdırılıb. Respublikamızın ərazisində həmçinin “Şimal-Cənub” dəhlizinin ayrı-ayrı seqmentlərini təşkil edən magistralların yenidən qurulması da uğurla həyata keçirilir. İndiyədək respublikamız istər Rusiya sərhədinə, istərsə də İran sərhədinədək olan magistralların yenidən qurulmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldib. Bütövlükdə isə, Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasında mühüm rol oynayır.
Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, bu gün Azərbaycan dünyada güclü-qüdrətli və nüfuzlu dövlət kimi tanınır. Onun sözlərinə görə, ölkəmizin sürətli inkişafını, davamlı nailiyyətlər əldə etməsini şərtləndirən strateji amil uğurlu daxili və xarici siyasətin həyata keçirilməsidir: “Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, sosial infrastrukturun yüksək səviyyədə və modern tələblərə müvafiq qurulması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və digər mühüm nailiyyətlər Azərbaycanın milli gücünün artmasını təmin edib. Xüsusilə də, neft gəlirlərindən səmərəli istifadə olunması iqtisadi inkişafı sürətləndirib, Azərbaycanın bütün sahələrdə uğurlar qazanmasını şərtləndirib. Bilirsiniz ki, 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin tarixi xidməti sayəsində Bakıda Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanması ilə start verilən yeni enerji siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində həm sosial-iqtisadi yüksəliş təmin olunub, həm də strateji əhəmiyyətli layihələr reallaşdırılıb. Ölkədə yüksək infrastruktur təminatının yaradılması, geniş abadlıq-quruculuq işlərinin aparılması, regionların dinamik inkişafının təmin olunması da xüsusi vurğulanmalıdır. Sosial infrastruktur da tamamilə yenidən qurulub, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir olunub”.
“Eyni zamanda, ölkəmiz Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan çox mühüm strateji dividendlər əldə edir. Bununla yanaşı, nəqliyyat xidmətlərini inkişaf etdirməsi, müasir infrastruktur yaradaraq daşımaların idarə olunması mexanizmini təkmilləşdirməsi, beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirməsi regional və beynəlxalq əməkdaşlığın dərinləşməsini şərtləndirib”, - deyən Hadi Rəcəbli əlavə edib ki, Azərbaycan beynəlxalq əməkdaşlıq, enerji sahəsində böyük uğurlar əldə edib.
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə qeyd edib ki, Azərbaycan regional və beynəlxalq əməkdaşlığın dərinləşməsinə fundamental töhfələr verir, ölkəmizin iştirakı ilə strateji əhəmiyyətli layihələrin reallaşdırılması yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir: “Azərbaycanın təşəbbüsü və liderliyi ilə mühüm geostrateji əhəmiyyətə malik olan layihələr həyata keçirilir. Eyni zamanda, həm də ölkəmiz Avrasiyanın yeni nəqliyyat xəritəsini yaradır. Bu günə qədər Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen yataqlarının ehtiyatlarının işlənməsi, o cümlədən dünya bazarlarına nəqli ilə bağlı regional və qlobal əhəmiyyət daşıyan layihələr reallaşdırılıb və şaxələndirilmiş infrastruktur qurulub. Nəticədə Azərbaycan Avropanın etibarlı enerji təchizatçısına çevrilib. Eyni zamanda, Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizləri üzrə müasir infrastrukturun qurulmasına böyük dəstək verir. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan özünün bu üstünlüyündən bəhrələnərək ölkə ərazisindən tranzit daşımaların həcminin artırılmasına nail olmaq üçün müvafiq infrastruktur qurulmasına hərtərəfli dəstək verir”.
Azərbaycanın bölgədə müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynadığını deyən Məlahət İbrahimqızı əlavə edib ki, həm “Şərq-Qərb”, həm “Şimal-Cənub” nəqliyyat dəhlizləri ölkəmizdən keçir: “Qeyd etdiyim kimi, Azərbaycanda avtomobil və dəmir yollarının, beynəlxalq hava limanlarının və dəniz limanlarının inkişafına çox böyük investisiyalar qoyulur. Bütün bunların hamısı gələcəyə hesablanan və perspektivdə Azərbaycandan daha çox tranzit yüklərin keçməsi üçün atılan strateji əhəmiyyətli addımlardır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

