Oktyabrın 2-də Baş Prokurorluqda “961” nömrəli Çağrı Mərkəzi fəaliyyətə başlayacaq
01.10.2019 [09:24]
Oktyabrın 2-də Baş Prokurorluqda “961” nömrəli Çağrı Mərkəzi fəaliyyətə başlayacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə səmərəli idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılması, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində müsbət nailiyyətlər əldə edilib.
Müraciətlərə baxılması işi prokurorluq orqanlarının əsas vəzifələrindən biri hesab edilməklə son illər bu sahədə işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində müasir üsul və metodlardan istifadə olunub. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qarşıya qoyulmuş vəzifələrin həlli istiqamətində 2001-ci ildən başlayaraq bir çox işlər görülüb, o cümlədən Baş Prokurorluqda “qaynar xətt”, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində isə “161 - qaynar xətt” əlaqə mərkəzləri yaradılaraq uğurla fəaliyyət göstərir.
Ötən müddət ərzində “Qaynar xətt” əlaqə mərkəzləri vətəndaşlarla, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsinə, bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə, operativliyin və aşkarlığın artırılmasına xidmət edib, müraciətlərin həlli istiqamətində zəruri tədbirlər görülüb.
Dövlətimizin başçısı İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin meyarlarını müəyyən edən tövsiyələrindən irəli gələrək qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Baş Prokurorluqda “961” nömrəli Çağrı Mərkəzi yaradılıb. Oktyabrın 2-də fəaliyyətə başlayacaq “961” nömrəli Çağrı Mərkəzində prokurorluğun fəaliyyət istiqamətləri üzrə, eləcə də prokurorluq işçilərinin qanunsuz hərəkətləri, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntular barədə müraciətlərin qəbulu və qeydə alınması, daxil olan sualların birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması mümkün olacaq.
Aşkarlığın təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə səs yazılarının qeydə alınacağı və fasiləsiz olaraq fəaliyyət göstərəcək Çağrı Mərkəzinə müraciətlərin qəbulu və cavablandırılması respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

