/ / Vətəndaşlar icbari tibbi sığortanın tətbiq edildiyi xidmətlərə görə heç bir əlavə haqq ödəməyəcəklər
Vətəndaşlar icbari tibbi sığortanın tətbiq edildiyi xidmətlərə görə heç bir əlavə haqq ödəməyəcəklər
21.12.2019 [09:31]
İcbari Tibbi Sığorta Agentliyi tərəfindən hazırlanan xidmətlər zərfində ümumi tibbi xidmətlərin 60 faizi cəmləşib
Məlum olduğu kimi, Azərbaycanda mühüm sosial layihələr həyata keçirilməkdədir. Bu layihələrdən biri də icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiq olunması ilə bağlıdır. 2020-ci ilin yanvar ayından etibarən bu sistemin bütün ölkə üzrə dörd mərhələ ilə tətbiq edilməsi nəzərdə tutulur və gələn il ərzində sistem dörd region üzrə ardıcıllıqla tətbiq olunacaq. Bununla əlaqədar olaraq qanunvericilik də təkmilləşdirilib.
Amma hər şeyə “qara eynəkdən baxmağı” adət etmiş radikal müxalifət düşərgəsinin təmsilçiləri bu sahədə görülən işlərə də şübhə ilə yanaşır, bu sistemin guya formal tətbiq olunacağını iddia edirlər. Halbuki bu iddiaların heç bir əsası yoxdur. Xatırladaq ki, Milli Məclisin dekabrın 3-də keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa üçüncü oxunuşda dəyişikliklər qəbul edilib və sənəddə bir sıra mühüm yeniliklər əksini tapır. Dəyişikliyə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmayacaq. Zərf vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək. Qanuna görə, 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq.
Maliyyə dayanıqlığı möhkəmləndikcə xidmətlər zərfinin əhatə dairəsi daha da genişləndiriləcək
Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta Agentliyi tərəfindən hazırlanan xidmətlər zərfində ümumi tibbi xidmətlərin 60 faizi cəmləşib. Müxtəlif xəstəliklərin müayinə və müalicəsi ilə əlaqədar dövlət proqramları 2020-ci ildə də davam edəcək. Maliyyə dayanıqlığı möhkəmləndikcə xidmətlər zərfinin əhatə dairəsi daha da genişləndiriləcək. Dövlət icbari tibbi sığortanın əsas maliyyə yükünü öz üzərində saxlamağı, vətəndaşların daha da az maliyyə itkisi ilə üzləşməsi üçün bütün riskləri özü qarşılamağı qarşıya məqsəd qoyub. Dövlət büdcəsi hesabına vəsaitin ödənilməsinə 2020-ci ilin yanvar ayından başlanılsa da, əhalinin gəlirləri üzrə bu yığım aprel ayından tətbiq ediləcək. Eyni zamanda, bu prosesdə müxtəlif güzəştlər də tətbiq olunacaq. Məsələn, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər. 2021-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Bu, o deməkdir ki, gələn il sözügedən sektorlara aid sahələr üzrə 8000 manatadək ödənilən sığorta haqqına dair 2021-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq olunacaq.
Sığorta haqqı Türkiyədə 12,5 faiz, Estoniyada 13 faiz, Almaniyada 14,6 faiz təşkil edir
Ümumilikdə, icbari tibbi sığorta sisteminə keçidlə bağlı Azərbaycan bir sıra ölkələrin təcrübəsini öyrənib və ən mütərəqqi təcrübəni tətbiq etməyə üstünlük verir. Bu məsələdə dövlət vətəndaşların maraqlarına daha çox üstünlük verir. Belə ki, ölkə qanunvericiliyinə əsasən tibbi sığorta haqqı digər ölkələrlə müqayisədə xeyli aşağıdır. Məsələn, bu göstərici Türkiyədə 12,5 faiz, Rusiyada 5,1 faiz, Estoniyada 13 faiz, Almaniyada 14,6 faiz, Çex Respublikasında 13,5 faiz təşkil edir. Bu siyahını kifayət qədər uzatmaq olar. Ümumiyyətlə, bəzi ölkələrdə icbari tibbi sığorta haqqı yalnız işçi və ya yalnız işəgötürən tərəfindən ödənilir. Azərbaycanda isə dövlət büdcəsinin icbari tibbi sığorta ilə bağlı yükün böyük bir hissəsini üzərinə götürməsi də büdcənin sosialyönlü olmasının göstəricisidir.
Vətəndaşlar adi qaydada tibbi xidmətlərdən istifadə etmək üçün tibb müəssisələrinə müraciət edəcəklər. Eyni zamanda tibbi xidmətlərin həcmindən asılı olmayaraq, sığortanın tətbiq edildiyi xidmətlərə görə heç bir əlavə haqq ödəməyəcəklər.
Bütün bunları nəzərə alsaq, bir daha qeyd etməliyik ki, radikal müxalifətin bu məsələ ilə bağlı iddialarının heç bir əsası yoxdur. Sadəcə, radikal qruplar hər zaman olduğu kimi bu dəfə də əsassız məlumat və fikirlərlə ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışırlar. Amma onlar heç bir halda məqsədlərinə nail ola bilməyəcəklər. Bu məqamda qeyd edək ki, pilot rayonların sakinləri bu sistemin tətbiqini çox yüksək qiymətləndirirlər. Bu baxımdan, Azərbaycan vətəndaşları gələn ildən etibarən icbari tibbi sığortanın üstünlüyünü öz həyatlarında hiss edəcəklər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

