2019-cu il sosial sahədə də yaddaqalan olub
26.12.2019 [09:50]
Ekspertlər bildirirlər ki, cari ildə sosial sferada qəbul olunan qərarlar əhalinin sosial müdafiəsinin gücləndirilməsini və yaşayış səviyyəsinin əsaslı şəkildə yüksəlməsini təmin edib
Məlumdur ki, Azərbaycanda vətəndaşların sosial təminatı, rifahı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son bir ildə də bu sahədə atılan addımlar inqilabi xarakter daşıyıb və ölkəmiz sosial islahatların davamlılığına görə bir sıra beynəlxalq reytinqlərdə ilk sıralarda yer alır. Bir faktı qeyd etmək kifayətdir ki, hətta dünyada iqtisadi böhranın ən kəskin hal aldığı dövrlərdə belə ölkəmizdə sosial islahatlar davam etdirilib və vətəndaşların maddi rifahının yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər görülüb. Yeri gəlmişkən, dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində bu məsələyə toxunan Prezident İlham Əliyev də bildirib ki, hətta böhranlı illərdə biz sosial sahəyə nəzərdə tutulan vəsaiti azaltmamışıq. Dövlət başçısı qeyd edib ki, bizim bütün işimizin məqsədində Azərbaycan vətəndaşının maraqları dayanır və ildən-ilə Azərbaycan vətəndaşı daha yaxşı yaşamalıdır: “Bunun üçün həm sosial infrastrukturla bağlı olan layihələr icra edilməlidir, eyni zamanda, vətəndaşların sosial təminatı yaxşılaşdırılmalıdır. Ona görə hesab edirəm ki, bu il biz bu sahədə çox ciddi addımlar atdıq”.
Sözügedən müsahibədə 2020-ci ildə sosial layihələrin davam etdiriləcəyini də vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, gələcək sosial layihələrin həyata keçirilməsi sırf iqtisadi inkişafla bağlıdır və iqtisadi inkişafın, əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrə istiqamətləndiriləcək.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət kursu Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Xüsusilə də, dövlət başçısının rəhbərliyi ilə sosial sahədə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilməsi vətəndaşların rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır: “2019-cu il, demək olar ki, sosial islahatlar ili kimi yadda qaldı. Bu dövrdə atılan addımlara nəzər salsaq görərik ki, sosial islahatlar, verilən qərarlar, demək olar ki, bütün sosial sferanı əhatə etdi. Hələ ilin əvvəlində problemli kreditlərin həlli ilə bağlı Prezident Fərmanı həm də ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunduğunun, iqtisadi inkişaf templərinin bərpa edilərək artdığının göstəricisi idi və bunu dekabrın 23-də jurnalistlərə müsahibəsində möhtərəm Prezidentimiz də bildirdi. Dövlət başçısı qeyd etdi ki, bu məsələ daim diqqət mərkəzində idi. Sadəcə, artıq dövlətin buna tam gücü və imkanı çatdı və bu problem öz həllini tapdı”.
Millət vəkili qeyd edib ki, 2019-cu ildə maaşların, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması, eləcə də digər sosial təminat məsələləri diqqət mərkəzində oldu: “İlin yekunları ilə bağlı müsahibəsində cənab Prezident bildirdi ki, müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Cənab Prezident vurğuladı ki, sosial islahatlar gələn il də davam etdiriləcək. Bu isə bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın sürətli inkişafını təmin edib, ölkə qarşısında yeni perspektivlər açılıb. Bütün sahələri əhatə edən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir”.
Milli Məclisin deputatı Azər Badamov isə bildirib ki, Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri məhz ölkədə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən ölkəmiz öz inkişafını, bir qayda olaraq, zamanın dəyişən tələblərinə uyğun qurur. Millət vəkili vurğulayıb ki, iqtisadiyyatın genişlənməsi ilə paralel şəkildə, ölkəmizin maliyyə təminatı da artır. Ölkəmizin dinamik iqtisadi inkişafı həmçinin güclü sosial siyasətlə tamamlanır. Belə ki, milli iqtisadiyyatımızın potensialının artması öz növbəsində sosial sferada bilavasitə insanların həyat səviyyəsinin yüksəlməsinə hesablanan genişmiqyaslı islahatların həyata keçirilməsinə yeni imkanlar açır: “Dekabrın 23-də cənab Prezidentimiz yerli jurnalistlərə müsahibəsində bildirdi ki, gələcək sosial layihələrin həyata keçirilməsi sırf iqtisadi inkişafla bağlıdır və iqtisadi inkişafın, əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrə istiqamətləndiriləcək. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, 2019-cu ildə aparılan sosial islahatlar daha çox aztəminatlı, məcburi köçkün və qaçqın, eləcə də şəhid ailələrini, müharibə veteranlarını əhatə etdi. Bu il məcburi köçkünlər üçün 5 mindən çox ev və mənzil inşa edilib. O cümlədən 800-ə yaxın şəhid ailəsi, müharibə əlilinə ev verilib. Ölkəmizdə 7 mindən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, 6 mindən çox müharibə əlilinə avtomobil verilib. Bu bir daha göstərir ki, strateji xəttə uyğun olaraq dövlətimiz 2019-cu ildə də insanların sosial rifahının yüksəldilməsi, aztəminatlı və xüsusi həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərə imza atıb”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

