/ / İcbari tibbi sığortanın tətbiqindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına hər gün 2 minədək sakin müraciət edir
İcbari tibbi sığortanın tətbiqindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına hər gün 2 minədək sakin müraciət edir
16.01.2020 [09:13]
Əhalinin sağlamlığının qorunması dövlətimizin sosialyönümlü siyasətinin tərkib hissəsidir və bu məsələ ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, son illər dövlət büdcəsində səhiyyə sahəsinə ayrılan xərclər dəfələrlə artıb, respublikamızda müasir tibbi avadanlıq və cihazlarla təchiz olunmuş yüzlərlə yeni tibb müəssisə əhalinin istifadəsinə verilib.
Səhiyyə sahəsində aparılan uğurlu islahatların davamı kimi, ölkəmizin bəzi regionlarında artıq icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Əsas məqsəd əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və yüksək keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir.
Bu il yanvarın 1-dən etibarən icbari tibbi sığortanın ilkin mərhələdə tətbiqinə başlanılan rayonlardan biri də Şəkidir. İcbari tibbi sığorta sisteminə keçid rayon əhalisinin keyfiyyətli və hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək və bu xidmətlərdən rayon sakinləri ilə yanaşı, ətraf rayonların əhalisi də faydalanacaq.
AZƏRTAC-ın bölgə müxbiri Şəki Rayon Mərkəzi Xəstəxanasında olub, icbari tibbi sığorta sisteminə keçidlə bağlı görülən işlərlə maraqlanıb.
Şəki Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktor müavini Sərxan Musayev bildirib ki, yeni sistemə keçdikdən sonra Şəki şəhərinin səhiyyə ocaqları, o cümlədən xəstəxananın poliklinika şöbəsi, uşaq poliklinikaları, Perinatal Mərkəz, həmçinin Təcili Tibbi Yardım Stansiyası rayon Mərkəzi Xəstəxanasının binasına köçürülüb. Məqsəd sakinlərə bir mərkəzdə xidmət göstərməklə vətəndaş məmnunluğuna nail olmaqdır. Poliklinikanın yerləşdiyi əvvəlki binada isə Ailə Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Hazırda rayon əhalisinə Mərkəzi Xəstəxana ilə yanaşı, Turan qəsəbəsi, Aşağı Göynük və Kiçik Dəhnə kənd xəstəxanalarında yaradılan Ailə Sağlamlıq mərkəzləri, həmçinin 15 kənd həkim və 41 kənd tibb məntəqəsi vasitəsilə tibbi xidmətlər təqdim olunur. Perinatal Mərkəzin xidmətlərindən isə bölgəyə daxil olan rayonlarla yanaşı, Yevlax və Mingəçevir şəhərlərinin, Ağdaş rayonunun əhalisi də faydalanır.
Sərxan Musayev bildirib ki, icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən vətəndaşların məmnunluğunu təmin etmək üçün xəstəxanada 20 yerdə qeydiyyat mərkəzi yaradılıb. Sakinlər əvvəlcə Ailə Sağlamlıq Mərkəzindəki ailə həkiminə müraciət edirlər. Sonra xəstə müayinələrdən keçmək üçün rayon mərkəzi xəstəxanasının müvafiq şöbələrinə göndərilir, ehtiyac yaranarsa, ixtisaslı həkimlərə yönləndirilir.
Direktor müavininin sözlərinə görə, yanvarın əvvəlindən bu günədək xəstəxanaya 10 mindən çox sakin müraciət edib. Onlardan 140 nəfəri stasionar, 8508 nəfər isə ambulator müalicəyə cəlb olunub. Gün ərzində xəstəxanaya orta hesabla 1500-2000 nəfərədək vətəndaş müraciət edir.
Müayinə olunmaq üçün xəstəxanaya gələn Şəki sakini Nazlı Qəribova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində yaradılan şəraitdən razı qaldığını bildirib: “Son vaxtlar gözümdə problem yaranıb. Burada çalışan Gülnarə həkimə göstərməyi məsləhət bildilər. Məni çox yaxşı qarşıladılar. Həkim hərtərəfli müayinə etdi və katarakta əməliyyatının aparılmasını məsləhət gördü. Müalicə üçün Bakıya getməyimə ehtiyac yoxdur, elə bu xəstəxanada da əməliyyat olunacağam”.
Oftalmoloq-həkim Gülnarə Məmmədovanın sözlərinə görə, icbari tibbi sığorta sisteminə keçdikdən sonra müraciətlərin sayı artıb. Bütün əməliyyatlar sığorta hesabına həyata keçirilir.
Xəstəxanaya müraciət edən vətəndaşlar ümumi və biokimyəvi laboratoriyaların, rentgen, ultrasəs, elektrokardioqrafiya, flüoqrafiya və digər tibbi kabinetlərin xidmətlərindən geniş istifadə edirlər.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

