/ / ÜST ölkəmizin koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirləri təqdir edir
ÜST ölkəmizin koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirləri təqdir edir
14.03.2020 [10:45]
Qurumun missiyası Azərbaycan hökumətinin qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19-un yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verdiyini açıqlayıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusla bağlı (COVID-19) martın 13-nə olan vəziyyəti açıqlayıb. Qeyd edək ki, 2019-cu ilin dekabrında Çində baş qaldırmış yeni koronavirus artıq 127 ölkəyə yayılıb. Dünya üzrə koronavirusa 134 768 nəfər yoluxub (102 yeni yoluxma), 4983 nəfər ölüb (8 yeni ölüm), 70 387 nəfər isə sağalıb (1 300 yeni sağalan).
Bu arada Ümumdünya Səhiyyə Təşkilatının saytında qurumun missiyasının Azərbaycana səfəri barədə məlumat verilib. Həmin məlumatda ölkəmizin koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, ÜST-lə əməkdaşlığı təqdir olunur. Bildirilir ki, Azərbaycan ÜST-nin laboratoriya müayinəsi dəstlərini alan 17 ölkədən biridir. Məlumat üçün bildirək ki, Azərbaycan ÜST-lə səmərəli əməkdaşlıq edir və koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alıb. Bununla yanaşı, Azərbaycan hökuməti qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19-un yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verir. Belə ki, ölkəmiz ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırıb.
Bundan əlavə, məlumatda qeyd olunur ki, Azərbaycan İranla bir sərhədi bölüşür, burada COVID-19 ilə bağlı bir çox hal təsdiqlənib. Təbii ki, ölkəmizdə ilk gündən etibarən görülən tədbirlər, aparılan maarifləndirmə işləri Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynadı. Belə ki, məlumatda da bildirildiyi kimi, Azərbaycan infeksiyanın geniş yayıldığı İranla həmsərhəd olsa da, öz ərazisini virusun yayılmasından etibarlı qorumağı bacarır. Aidiyyəti orqanların nümayəndələri, eləcə də tibbi heyyət gömrük məntəqələrində fəaliyyət göstərirlər. Azərbaycan hökuməti koronavirus ehtimalı olan xəstələr üçün 6 xəstəxana ayırıb və karantində olan şəxslərin müalicəsi üçün bütün səyləri göstərir.
Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, hazırda ölkə daxilində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün təxirəsalınmaz işlər davam etdirilir. Buna misal olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində koronavirus (COVID-19) əleyhinə mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası işləri çərçivəsində sosial müəssisələrdəki bütün bölmə və guşələr dezinfeksiya edilir. Eyni zamanda, profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bu müəssisələrdə sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir. Fondun əhalinin həssas qrupundan olan şəxslər üçün 15 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Sosial xidmət müəssisələrində 1100-dən çox şəxs daimi dövlət təminatında olmaqla stasionar şəraitdə reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilir.
Bundan başqa, koronavirus təhlükəsi ilə bağlı mühüm maarifləndirmə işləri də davam etdirilir. Bunun nəticəsidir ki, mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə olunub. Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata görə, koronavirus (COVID-19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.
Digər tərəfdən bu virusla bağlı məsələdən öz şəxsi marağı üçün istifadə etməyə çalışan, eləcə də insanlar arasında təşviş, qorxu yaradılmasına cəhd göstərən və bu səbəblə də yalan məlumat yaymağa çalışan şəxslərə qarşı da mühüm tədbirlər görülməkdədir. Yeri gəlmişkən, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda da qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah koronavirus xəstəliyinin qarşısının alınması üzrə həyata keçirilən qabaqlayıcı tədbirlər, virusa yoluxmuş və karantinə yerləşdirilmiş şəxslərin sayı, onların müalicəsi və s. barədə ictimaiyyəti mütəmadi məlumatlandırır. Lakin ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə və “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə koronavirus xəstəliyi ilə mübarizədə insanlarda təşviş və çaşqınlıq yarada biləcək tədbirlərin görülməsi barədə müxtəlif şayiələr yayılır. “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi vətəndaşları belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının məlumatlarını nəzərə almağa çağırır. Eyni zamanda, həqiqəti əks etdirməyən, cəmiyyətdə süni ajiotaj yaratmağa hesablanmış bu cür əsassız və uydurma informasiyaları yayan şəxsləri xəbərdar edirik ki, yol verdikləri qanunazidd əməllərə görə barələrində hüquqi məsuliyyət tədbirləri görüləcək”, - deyə məlumatda bildirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25

