/ / Azərbaycan dövləti koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir
Azərbaycan dövləti koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir
19.03.2020 [09:11]
İnfeksiyaya yoluxduğu müəyyən edilmiş daha 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusla bağlı (COVID-19) martın 18-nə olan vəziyyəti açıqlayıb. 2019-cu ilin dekabrında Çində baş qaldırmış yeni koronavirus artıq 160-dan yuxarı ölkəyə yayılıb.
Qeyd edək ki, koronavirus infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğu nəzərə alınaraq və virusun qarşısının alınması istiqamətində ÜST-in tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar Azərbaycanda bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
Vurğulamaq lazımdır ki, koronavirus pandemiyasına qarşı effektiv mübarizə aparan Azərbaycan dövləti bu virusun geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir. Xatırladaq ki, ölkəmizdə virusa yoluxmanın ilk halı qeydə alınan zaman Ümumdünya Səhiyyə Təşkilatına xəbər verilib və ictimaiyyətə geniş məlumat çatdırılıb. Bundan əlavə, ölkənin sərhədləri tam nəzarətə götürülüb, bütün kütləvi tədbirlər, toplantılar təxirə salınıb. Eləcə də, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən, martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb. Təhlükəsizlik tədbirləri ilə əlaqədar DİN Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının nəzərinə çatdırıb ki, Bakı-Ələt yolunun 65-ci, Bakı-Şamaxı yolunun 26-cı və Bakı-Quba yolunun 45-ci kilometrindən paytaxt və Sumqayıt şəhəri istiqamətinə bütün növ nəqliyyat vasitələrinin girişi, habelə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunub.
Yeri gəlmişkən, Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş daha 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlmata görə, hazırda ölkəmizdə 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Məlumatda bildirilir ki, koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.
Vurğulanmalıdır ki, koronavirusa qarşı görülən tədbirlər arasında xaricdəki vətəndaşlarımızın evakuasiyası, ölkəmizə gətirilməsi də xüsusi yer tutur. Hazırda isə yeni növ koronavirus infeksiyası ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının Türkiyədən də təxliyəsi davam edir. Azərbaycanın Türkiyədəki səfirliyinin yaydığı məlumata görə, martın 15-dən 17-dək AZAL və THY aviaşirkətlərinin təyyarələri Ankara və İstanbul şəhərlərindən çarter reysləri ilə körpələr də daxil olmaqla, ümumilikdə, 1255 vətəndaşımızı Heydər Əliyev Beynəlxalq Aeroportuna çatdırıblar. Azərbaycanın Ankaradakı səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarımızda Türkiyədəki vətəndaşlarımızın suallarını cavablandırmaq üçün “qaynar xətt”lər fəaliyyət göstərir. Diplomatik nümayəndəliklərimiz proseslə bağlı fasiləsiz iş rejimində çalışır. Təxliyə prosesinin davam etdirilməsi nəzərdə tutulur.
Bu məqamda qeyd etmək lazımdır ki, Masallı Rayon Mərkəzi Xəstəxanasında karantində saxlanılan şəxslərə bayram sovqatı verilib. Xəstəxananın xüsusi geyimli işçiləri bayram xonçası ilə karantin otaqlarına daxil olub və karantində olan şəxslərin bayramını təbrik ediblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48

