Şahin Rəhmanlı: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar
21.05.2020 [10:41]
Bu gün Azərbaycanda savadlı, intellektual, vətənpərvər gənc nəsil yetişir. Ölkə gəncləri Vətən qarşısında məsuliyyətlərini yüksək səviyyədə dərk edir, daim dövlətçiliyin keşiyində dayanırlar. “Ötən müddət ərzində hansı işləri gördüm və qarşıda nələri etməliyəm?” sualı hər bir vətənpərvər Azərbaycan gəncini böyük uğurlara kökləyir, onu daha əzmlə çalışmağa, öz üzərində işləməyə həvəsləndirir.
Bu fikirləri “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı AZƏRTAC-a müsahibəsində deyib.
“Sevindirici haldır ki, ölkəmizin siyasi, iqtisadi yüksəlişində rolu olan, mədəniyyət, incəsənət, elm və idman sahələrində parlaq nailiyyətlər qazanan, zəngin tarixi-mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi üçün yorulmadan çalışan, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını əsas məqsədi bilən, bunun üçün yüksək fəallıq göstərən gənclərimizin sıraları ildən-ilə genişlənir. Ölkəmizdə əsası ulu öndər Heydə Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır. Məhz buna görədir ki, biz Azərbaycan gəncinin vətənpərvər ruhda yetişdiyinin şahidi oluruq. Azərbaycan xalqı öz gəncinin savadına, intellektinə, bilik və bacarığına inanır”, - deyə Ş.Rəhmanlı bildirib.
Azərbaycanda könüllülük hərəkatının da gənclərimizin yüksək fəallıq nümayiş etdirdiyi sahələrdən olduğunu vurğulayan “İrəli” İctimai Birliyinin sədri qeyd edib ki, bu gün biz ictimai proseslərin bütün sahələrində Azərbaycan gəncinin könüllü fəaliyyətinin şahidi oluruq. Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Könüllülər ili” elan edilib. Bu Sərəncam ölkəmizdə könüllülük işinin vacibliyinə diqqəti bir daha artırıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Biz ev sahibliyi etdiyimiz böyük tədbirlərdə könüllülər ordusunun göstərdiyi əzmi müşahidə etmişik. Bu gün könüllü olan gənc sabahın istedadlı, bacarıqlı, savadlı kadrıdır. Çünki könüllülük fəaliyyəti özü bir məktəb, böyük təcrübədir. Bu təcrübəni qazanan gənc özünü inkişaf etdirir, cəmiyyətə inteqrasiya olur, şəxsi bacarıqlarını göstərmə imkanı, karyerasında əldə edəcəyi böyük təcrübələr qazanır, birlik anlayışının dərinliyini anlayır və eyni istəyə sahib olur. Bu gün könüllü gənc qarşılıqsız olaraq fəaliyyət göstərir. Könüllü gəncin əsas istəyi ona olan inamı doğrultmaqdır. Görülən işin, zəhmətin qarşılığını görmək gözəl duyğudur və bu diqqəti, səmimiyyəti ölkə rəhbərliyi tərəfindən hiss edən gənclərimiz bu ali etimadı doğrultmağa çalışırlar. Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin təşkilində könüllü gənclərin fəaliyyəti danılmazdır. Dövlətimizin başçısının 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı dövlət gənclər siyasətinin daha da inkişafına mühüm təsir etməklə yanaşı, gənclərin daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu göstərir. Düşünürəm ki, “Könüllülər ili” çərçivəsində görüləcək işlər gənclərin əzmkarlığını daha da artıracaq və bu hərəkat gənclərimizin dövlətçiliyə bağlı, intellektual, geniş dünyagörüşlü qüvvə kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edərək genişlənəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52

