Yevlaxda "İnsan Hüquqları Aylığı" çərçivəsində videokonfrans keçirilib
23.05.2020 [20:39]
Mayın 22-də Yevlax şəhərində “Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir” mövzusunda videokonfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Yevlax şəhər Heydər Əliyev mərkəzinin birgə təşkil etdiyi tədbir "İnsan Hüquqları Aylığı"na həsr olunub.
Videokonfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra qanunvericilik sahəsində köklü dəyişikliklərin edildiyini deyib, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində davamlı addımların atıldığını bildirib.
Natiq Əfəndiyev çıxışında Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə ilk dəfə insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edildiyini və Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu diqqətə çatdırıb. Çıxışda həmçinin tarixən Azərbaycan xalqının mənəvi dəyərlərində irqindən, dilindən, cinsindən asılı olmayaraq hər kəsə dərin hörmət və ehtiramın bəsləndiyi qeyd edilib, hazırda Azərbaycanda dövləti tərəfindən bu dəyərlərin hüquqi cəhətdən tənzimləndiyini və təmin olunduğu vurğulanıb.
Çıxış edən Yevlax şəhər Heydər Əliyev mərkəzinin direktoru Aygün Qasımova Azərbaycanın hüquqi və demokratik dövlət olduğunu vurğulayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi olduğunu, bunun Azərbaycan Respublikasının Konstitusiyasında yer aldığını qeyd edib. O, Azərbaycanda vətəndaş hüquqlarının dövlət tərəfindən yüksək səviyyəyə müdafiə edildiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev öncə bu gün Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan kadr islahatlarından bəhs edib. Natiq bildirib ki, bu islahatlar gənclərə olan inam və diqqətin növbəti ifadəsi olmaqla yanaşı, ölkəmizdə neqativ halların qarşısının alınması istiqamətində atılan addımların davamlı olduğunu bir daha təsdiqləyir.
Rafiq Əliyev əlavə edib ki, irqindən, milliyyətindən, sosial mənşəyi və qulluq mövqeyindən asılı olmayaraq hər kəs qanun və məhkəmə qarşısında bərabərdir.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli və digər gənclər də hər zaman öz fəaliyyətlərinin başlıca istiqamətinin insan və vətəndaşların hüquq və azadlıqları müdafiəsi olacağını bildiriblər.
Videokonfrans öz işini müzakirələrlə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42

