Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Elnur Niftəliyev: Gün ərzində SMS icazə sistemindən yalnız bir dəfə istifadə etmək mümkün olacaq

Elnur Niftəliyev: Gün ərzində SMS icazə sistemindən yalnız bir dəfə istifadə etmək mümkün olacaq

30.06.2020 [09:25]

8103 SMS icazə sistemindən istifadə ilə bağlı daha bir dəyişiklik edilib. Dəyişikliyə əsasən bundan sonra gün ərzində SMS icazə sistemindən yalnız bir dəfə istifadə etmək mümkün olacaq.
Bu barədə AZƏRTAC-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
Onun sözlərinə görə, gün ərzində 1 kodundan istifadə edərək icazə alan vətəndaş daha həmin gün 2 kodu üzrə icazə ala bilməyəcək. Həmçinin 2 kodundan istifadə edərək icazə alan vətəndaşa da eyni gündə 1 kodu üzrə icazə verilməyəcək. Bu məhdudiyyətlərin tətbiqində səbəb SMS icazə sistemindən sui-istifadə hallarının çoxluğudur.
Xatırladaq ki, bir neçə gün öncə 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində göndərilir.
Eyni zamanda, “E-Təbib” mobil tətbiqi vasitəsilə edilən bu cür müraciətlərə cavab 5 dəqiqə ərzində təmin olunur.

Paylaş:
Baxılıb: 456 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31