/ / Professor Dilarə Seyidzadənin “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” kitabı türk dilində nəşr edilib
Professor Dilarə Seyidzadənin “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” kitabı türk dilində nəşr edilib
14.07.2020 [08:27]
Tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsinə həsr etdiyi “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” kitabı bu günlərdə türk dilində (XX. Yüzyıl başında Azerbaycan: bağımsızlığa uzanan yol) çapdan çıxıb. Daha əvvəl Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş bu kitabın türk dilində buraxılması Türkiyənin elmi dairələrinin, türk tarixçiləri və tədqiqatçılarının XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda baş verən proseslərə böyük marağından irəli gəlib.
AZƏRTAC xəbər verir ki, kitabda XX əsrin əvvəllərində ölkədə cərəyan edən ictimai-siyasi proseslərin geniş mənzərəsi öz əksini tapıb, mükəmməl təhlil olunub.
Azərbaycan xalqı çoxəsrlik mübarizəsinin məntiqi nəticəsi kimi yalnız XX əsrin sonlarında dövlət müstəqilliyinə nail oldu. Xalqımızın suverenlik yolu ilə inamla addımladığı indiki zamanda XX əsrin əvvəllərində canlanmağa başlamış milli azadlıq hərəkatının, müstəqilliyimizə aparan yolların tarixi təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ötən əsrin əvvəllərində islahatlardan sonrakı çar Rusiyasında baş verən əsaslı ictimai-siyasi və iqtisadi dəyişikliklər məcrasında Azərbaycanda sahibkarların görkəmli nümayəndələri, onların ideoloqları və ziyalılar bütün imkanlardan istifadə edərək xalqın milli mənlik şüurunun oyanması, maariflənməsi, siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi, vətəndaşlıq hüquqlarından tam həcmdə istifadə etməsi üçün mübarizəyə rəhbərlik ediblər.
Kitabda Azərbaycan tarixi elmində ilk dəfə olaraq Rusiya Dövlət Dumasına Azərbaycandan seçilmiş deputatların fəaliyyəti nəzərdən keçirilir, onların Duma tribunasından çıxışları təhlil olunur, Rusiya parlamentinin bütün müsəlman deputatları ilə səyləri birləşdirmək cəhdləri və kadetlərə bağladıqları ümidlər işıqlandırılır. Ön sözdə qeyd olunur ki, azadlıq hərəkatının böyük yüksəlişi dövrü Azərbaycan xalqına istedadlı, yüksək peşəkar ictimai-siyasi xadimlərin parlaq bir dəstəsini bəxş etdi. Onların həyat amalı millətin mənafeyini, azadlığını və müstəqilliyini müdafiə etmək idi. Amansız siyasi və iqtisadi hüquqsuzluq şəraitində Rusiyanın ali nümayəndəli orqanının yüksək tribunasından ilk dəfə olaraq çıxış edib öz sözünü demək imkanı qazanmış Azərbaycan ideoloqları öz xalqının ehtiyac və ümidlərini ardıcıl surətdə və məqsədyönlü şəkildə imperiyanın hər bir sakininə çatdırmağa çalışırdılar. Heç bir maneə onları tutduqları yoldan çəkindirə bilmirdi.
Rusiyanın Dövlət Dumasındakı fəaliyyət prosesində Azərbaycan deputatlarının topladıqları təcrübə gələcəkdə onlara cəmiyyətin bütün mütərəqqi qüvvələrinin səylərini birləşdirərək Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa, milli hökumətin rəhbər orqanlarına başçılıq etməyə və müstəqil dövlətçiliyin yaradılmasına başlamağa imkan verdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanda ilk demokratik respublikanın qurulmasında Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin və onların silahdaşlarının böyük xidmətlərini yüksək qiymətləndirərək demişdir: “Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır”.
Kitabın müəllifi bu qənaətə gəlir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin qanunauyğun yekunu kimi qiymətləndirilməlidir.
Azərbaycan gerçək müstəqilliyini isə ulu öndər Heydər Əliyevin ölkəmizin siyasi rəhbərliyinə qayıdışından sonra qazanıb.
Tarixçi alim əsərin “Sözardı” hissəni Prezident İlham Əliyevin 2018-ci ildə IV Qlobal Bakı Forumunda söylədiyi nitqindəki bu fikirlə yekunlaşdırıb: “Bugünkü Azərbaycanın inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin rolu olduqca böyük olmuşdur. Eyni zamanda, biz bu gün onların 100 il bundan əvvəl qəbul etdiyi qərarlarla da fəxr edirik.
Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki ildən bir az qısa olub və respublikanın faciəvi süqutu hamımız üçün dərs olub.
Həqiqi müstəqilliyin qorunub saxlanılması onu əldə etməkdən çox çətindir. Bugünkü Azərbaycan tam mənada müstəqil dövlətdir. O dövlət ki, gələcəklə bağlı aydın baxışa malikdir. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər.
İnsanlar yalnız müstəqillik dövründə, öz taleyinin sahibi olanda uğura nail olurlar. Bu gün Azərbaycan bunun bariz nümunəsidir”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00

