/ / Ədliyyə Nazirliyinin rəhbərliyi məhkumların azadlığa buraxılmasına birbaşa baxılması işində şəffaflığın təmin olunmasına diqqətlə yanaşır
Ədliyyə Nazirliyinin rəhbərliyi məhkumların azadlığa buraxılmasına birbaşa baxılması işində şəffaflığın təmin olunmasına diqqətlə yanaşır
11.08.2020 [09:27]
Fəaliyyətində hər zaman şəffaflığa, ictimaiyyətlə əlaqələrə xüsusi önəm verən Ədliyyə Nazirliyi vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də nazirliyin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə edilir. COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tətbiq olunduğu bir şəraitdə bu kimi tədbirlər xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində davamlı olaraq ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.
Ədliyyə sistemində ictimai nəzarətin və şəffaflığın təmin edilməsi məqsədilə hələ 2006-cı il sentyabrın 22-dən Ədliyyə naziri Fikrət Məmmədovun təşəbbüsü ilə formalaşdırılmış qeyri-hökumət təşkilatları və nüfuzlu hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət Ədliyyə naziri yanında İctimai Komitə səmərəli fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi, avqustun 10-da “Ədliyyə Nazirliyində ictimai iştirakçılıq və şəffaflıq” mövzusunda onlayn qaydada ictimai müzakirə təşkil olunub.
İctimai müzakirədə iştirak edən Ədliyyə naziri yanında İctimai Komitənin əlaqələndiricisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı və İctimai Komitənin üzvü, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli nazirlikdə bu istiqamətdə işin təşkili barədə məlumat veriblər.
Görüşdə bildirilib ki, uğurlu inkişafın təminatında ictimai nəzarətin müstəsna əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev hər zaman həyata keçirilən tədbirlərdə, dövlət idarəetməsində ictimaiyyəti daha fəal olmağı çağırır. Ədliyyə naziri yanında uzun illərdir fəaliyyət göstərən İctimai Komitənin fəaliyyəti ictimai iştirakçılıq baxımından mühüm əhəmiyyət kəsb edir. 2006-cı ildə formalaşdırılan İctimai Komitə sonralar yaradılan digər belə komitələr üçün nümunə olub. Ondan sonra ictimai iştirakçılıqla bağlı qanun qəbul edilib. Zaman keçdikcə Ədliyyə Nazirliyinin rəhbərliyinin təşəbbüsü ilə qanunvericiliyin yaratdığı müstəvidə İctimai Komitənin fəaliyyəti genişlənib. Komitə üzvləri ədliyyə sisteminə daxil olan bütün məsələlərə münasibət bildirə, həm də həyata keçirilən tədbirlərdə yaxından iştirak edə bilirlər. Bu komitə hazırda Azərbaycanda tanınmış ictimai komitələrdən biridir, digər qurumlar da bu təcrübədən istifadə edirlər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin vətəndaş cəmiyyəti nümayəndələrinə, KİV-lərə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı son müraciətləri günün tələbidir. Bu, Ədliyyə naziri yanında İctimai Komitənin və vətəndaş cəmiyyəti nümayəndələrinin işinə də təkan verib. İctimai nəzarət dövlət strukturlarının işində, cəmiyyətin inkişafında vacib istiqamətdir.
Qeyd edilib ki, Ədliyyə Nazirliyində də ictimai iştirakçılığın və şəffaflığın təmin olunması məsələsi uğurla təşkil edilib. Ədliyyə Nazirliyində hüquq, ictimai iştirakçılıq və digər sahələr nümunəvidir. İctimai iştirakçılığın tətbiqi son dövrlərdə geniş vüsət alıb. Bunu Ədliyyə Nazirliyinin strukturlarına müraciət edən vətəndaşlar və cəzaçəkmə müəssisələrindəki məhkumlar hiss edir. Komitə üzvləri nazirliyin strukturlarına müraciət etmədən vətəndaşlarla birbaşa ünsiyyətdə ola bilirlər. Onların problemlərini nazirliyin müxtəlif strukturları qarşısında qaldırır və həllinə nail olurlar. Bu nazirliyin rəhbərliyinin xoşməramlılığından irəli gəlir. Nazirlik bu sahədə uğur qazanan İctimai Komitənin gördükləri işləri dəstəkləyirlər.
Diqqətə çatdırılıb ki, Ədliyyə Nazirliyi tərəfindən tərkibi nazirliyin, o cümlədən Penitensiar Xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən, hüquq müdafiəçilərindən ibarət və məhkumları vaxtından əvvəl azad etmə ilə bağlı yaradılmış xüsusi komissiyanın fəaliyyəti son zamanlar, xüsusilə də pandemiya dövründə daha aktiv olub. Komissiya məhkumların və onların ailələri üçün önəmli xarakter daşımağa başlayıb. Son zamanlar komissiyaya müraciətlərin sayı artıb. Bu komissiya məhkumların vaxtından əvvəl şərti azad olunmasında mühüm rol oynayır. Bu institutun geniş tətbiqi məhkumların daha tez islah olunmasına yönəldilib. Bu, həm cəzaçəkmə müəssisələrin idarə edilməsində, həm də demokratik ənənələrin inkişafında özünü göstərir.
Bildirilib ki, bu gün Penitensiar Xidmət sahəsində görülən işlər cəmiyyət üçün tam şəffafdır. Komissiyanın üzvləri tərəfindən mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baş çəkilir, məhkumların saxlanma vəziyyəti ilə bağlı monitorinqlər aparılır, məhkumların işləri öyrənilərək, onların islah prosesinə qədəm qoyması araşdırılır. Son zamanlar komissiyaya müraciət edən məhkumların sayı artıb. Komissiyanın uğurlarından biri məhkumların azadlığa çıxması işinə birbaşa baxılmasıdır. Cəmiyyətdə bu proseslərə daha müsbət münasibət yaranıb. Bu da Ədliyyə Nazirliyinin fəaliyyətində şəffaflığın daha bir bariz göstəricisidir. İctimai Komitənin üzvlərinə birbaşa müraciət edən vətəndaşların sayında da artım olub. Ümumiyyətlə, Ədliyyə Nazirliyinin rəhbərliyi bu məsələlərdə şəffaflığın təmin olunmasına diqqətlə yanaşır. Bu istiqamətdə işin ən yüksək səviyyədə təşkilini daim ciddi nəzarətdə saxlayan Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən maarifləndirmə işinə böyük önəm verilir.
“Ədliyyə Nazirliyində ictimai iştirakçılıq və şəffaflıq” mövzusunda onlayn ictimai müzakirədə, həmçinin sosial şəbəkə istifadəçilərinin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxElm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45

