/ / Pandemiya ilə mübarizə strategiyasının mühüm istiqamətlərindən biri seroloji testlərin keçirilməsidir
Pandemiya ilə mübarizə strategiyasının mühüm istiqamətlərindən biri seroloji testlərin keçirilməsidir
20.08.2020 [08:38]
Ekspertlər qeyd edirlər ki, testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir
Məlum olduğu kimi, ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanıb. Azərbaycanda seroloji testlərin aparılması Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi və xüsusi proqramı ilə həyata keçirilir. Ümumiyyətlə, seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının mühüm tərkib hissəsidir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib ki, Azərbaycanda COVID-19 pandemiyası çərçivəsində seroloji testlərin keçirilməsi çox yaxşı addımdır. O bildirib ki, insanlar koronavirusu simptomatik və asimptomatik şəkildə keçirə bilərlər: “İnsanlar xəstəliyi asimptomatik, rahat şəkildə keçirdikləri halda bunun fərqinə varmır, xəstəliyi keçirib-keçirmədikləri haqqında hər hansı bilgi sahibi olmurlar. Şikayətləri olmadıqlarına görə hər hansı analiz və test verməyə ehtiyac görmürlər. Amma seroloji testdən keçməklə onlar bu xəstəliklə qarşılaşıb-qarşılaşmadıqları haqda məlumata sahib olurlar. Çünki koronavirusa yoluxan insanların qanında virusa qarşı anticisimlər yaranır. Bu testləri keçirməklə ölkə əhalisinin təxminən nə qədər hissəsində virusa qarşı formalaşmış immunitetin səviyyəsi öyrəniləcək”.
V.Əliyev qeyd edib ki, seroloji testlər tam ödənişsizdir: “Bu testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi üzrə keçirilir. Yəni istəməyən şəxs seroloji test verməyə bilər. Düşünürəm ki, hər bir insan daha əvvəl virusa yoluxub-yoluxmadığı barədə bilgi sahibi olmaq istəyər. Bu da bir şansdır. İnsanlar analiz verərək özünün bu virusa qarşı qoruyuculuğunun olub-olmamasını öyrənir. Bu onun üçün lazımdır ki, sonrakı mərhələdə virusla qarşılaşdığı vaxt həmin insan müvəqqəti də olsa, virusa qarşı qoruyuculuğu olduğunu bilir. Bu testlər vasitəsilə son 3-6 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək”.
Ekspert söyləyib ki, bu testlər yalnız koronavirusa qarşı qanda yaranan anticisimlər haqqında məlumat verir: “Seroloji testlər payız aylarında yayılan digər virus infeksiyaları ilə bağlı hər hansı qoruyuculuq barədə məlumat vermir. Koronavirusa qarşı qoruyuculuğun yaranması digər viruslara qarşı da qoruyuculuğun yaranması mənasına gəlmir. Bu testlərin aparılması tam təhlükəsizdir. Seroloji testlərlə bağlı insanlara zənglər edilir. Bu testlərin mahiyyətini dərk edən insanlar inanmıram ki, testdən keçməyə etiraz etsinlər. Həm ödənişsiz, həm də insan həyatı üçün tam təhlükəsiz olan bir testin keçirilməsi ilə insan özü haqqında bilgi əldə edir. Ödəniş edib, bu testdən keçən o qədər insan var ki. Amma dövlət tərəfindən bu testlər ödənişsiz həyata keçirilirsə, niyə də analiz verərək yoxlanmayaq. İnsanlar bunu doğru anlasa, maariflənsə, inanmıram ki, seroloji testlərdən imtina edən olsun”.
V.Əliyevin sözlərinə görə, seroloji testlərin əhəmiyyəti çox böyükdür: “Koronavirusu keçirib-keçirmədiyini bilmək üçün yalnız qan testi vermək lazımdır”.
TƏBİB-in mikrobiologiya işçi qrupunun rəhbəri, ekspert Qumral Ələkbərova isə bildirib ki, testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılır. Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng edilir, testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndərilir. Müayinə üçün venadan 3-5 ml qan nümunəsinin alınması kifayətdir.
Onun sözlərinə görə, bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək: “Seroloji testlər əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək. İndiyədək digər ölkələrdə, əhalisi virusa ən çox yoluxan şəhərlərdə seroloji testlərlə bağlı müxtəlif ciddi tədqiqatlar aparılıb. Məsələn, Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə seroloji testlər keçirilib. Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticisim testindən keçirilib”.
Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alındığını deyən ekspert qeyd edib ki, alınmış qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılır: “Mütəxəssislər analizlərin nəticələrini təhlil edir, yekun nəticələr barədə ictimaiyyətə məlumat verilir. Analiz verən hər bir könüllü öz nəticəsini əldə edə biləcək. Bundan əlavə, vətəndaşın arzusu ilə qanın ümumi analizi də həyata keçirilə bilər. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan reaktivlərlə həyata keçirilir”.
Q.Ələkbərova diqqətə çatdırıb ki, insan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar - anticisimlər yaranır: “Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər. Ona görə də, seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir. Vətəndaşlar həm də hazırda öz durumları barədə məlumat əldə etmək, özləri üçün koronavirus təhlükəsini qiymətləndirmək imkanı qazanırlar. Buna görə də müraciət olunan hər bir şəxs özü bu tədqiqatda iştirak etməkdə maraqlı olmalıdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

