Vətəndaşların karantin rejiminin qaydalarına ciddi riayət etmələri olduqca vacibdir
25.08.2020 [09:13]
Ekspertlərin fikrincə, indiki şəraitdə kütləvi mərasimlər təşkil etmək, məscidlərə, ziyarətgahlara toplaşmaq həm özümüz, həm də cəmiyyətimiz üçün təhlükəlidir
Azərbaycan dövləti yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirməkdədir. Bunların sırasında COVID-19 infeksiyasına yoluxma riskini artıran kütləvi toplaşmaların qarşısının alınması xüsusi yer tutur. O cümlədən hazırda pandemiya şəraitində məscidlərdə də dini ayinlərin keçirilməsinə, müvəqqəti olaraq icazə verilmir. Çünki məscidlərdə dini ayinlərin yerinə yetirilməsi zamanı kütləvilik yaşanması COVID-19-a yoluxma riskini artırmış olar.
Yeri gəlmişkən, avqustun 21-də Hicri təqvimi ilə Məhərrəmlik ayı başlayıb. Bəlli olduğu kimi, Məhərrəm ayında ənənəvi olaraq “Aşura” mərasimləri təşkil olunur. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası müraciət qəbul edib və həmin müraciətdə bildirilir ki, “Aşura” günü ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkəmizdə yeni növ koronavirus infeksiyasının yenidən yayılmasına yol aça bilər. Bu baxımdan, QMİ bütün vətəndaşları karantin rejimi qaydalarına riayət etməyə çağırıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Bərdə şəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Ramazan Hüseynov bildirib ki, Məhərrəm ayı və Aşura bu il dünyanın qarşılaşdığı çətin sınaq dövrünə, koronavirusla bağlı yaranmış təhlükəli və riskli şəraitə təsadüf edir. QMİ-nin qazısı deyib ki, bütün dünyada, o cümlədən Azərbaycanda kütləvi tədbirlər qadağan olunub və virusun geniş yayılmaması üçün, o cümlədən xalqımızın sağlamlığı naminə məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək. Bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılayır: “İnsan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür. Hər kəs təkcə özünün deyil, başqalarının da sağlamlığının qorunmasına çalışmalıdır. Xəstəlik ehtimalı olan yerlərdən uzaq durmaqla özümüzü də, digər insanları da qorumuş olarıq. Həzrəti Peyğəmbərimiz belə buyurub: “Vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin. Əgər olduğunuz yerdə vəba görülərsə, siz də oradan kənara çıxmayın”. Koronavirusun dünyada geniş tüğyan etdiyi indiki şəraitdə kütləvi mərasimlər təşkil etmək, məscidlərə, ziyarətgahlara toplaşmaq həm özümüz, həm də cəmiyyətimiz üçün təhlükəlidir”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, ölkəmizdə hər zaman dini dəyərlərə dərin hörmət bəslənilib. Hazırkı şəraitdə bütün dünyada koronavirusla bağlı sosial təcridin tətbiq olunduğunu xatırladan B.Quliyev ölkəmizdə də insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi üçün mühüm tədbirlərin görüldüyünü diqqətə çatdırıb: “Bu gün nəinki Azərbaycanda, dünyanın, demək olar ki, əksər ölkələrində kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir. Bu baxımdan, özündə kütləviliyi ehtiva edən dini ayinlərin icrası da müəyyən risklər yaradır. Bilindiyi kimi, İslam aləmində xüsusi yeri olan Məhərrəm ayı başlayıb və möminlər, inanclı şəxslər bu ayda müvafiq dini ayinləri icra edirlər. Kütləvilik xarakteri daşıyan bu ayinlərin icrası zamanı insanların yoluxma riski arta və bu da yeni fəsadlara, sürətli yoluxmalara səbəb ola bilər. Azərbaycanlı möminlər də verilən qərarları anlayışla qarşılayırlar, bu qərarların vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət etdiyini bilirlər. Biz bu anlayışı müqəddəs Ramazan və Qurban bayramlarında da müşahidə etdik. İnanclılarımızın intizamlı davranışları örnək oldu. Əminəm ki, vətəndaşlarımız Aşura mərasimi ilə bağlı da anlayışlı davranış göstərəcək, karantin rejiminin tələblərinə riayət edəcəklər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

