/ / Ramil İsgəndərli: Ali Baş Komandan İlham Əliyevin işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində yürütdüyü siyasət xalqımızda böyük ruh yüksəkliyi yaradıb
Ramil İsgəndərli: Ali Baş Komandan İlham Əliyevin işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində yürütdüyü siyasət xalqımızda böyük ruh yüksəkliyi yaradıb
06.10.2020 [09:38]
“Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribata əl atıblar. İşğalçı ordunun genişmiqyaslı hücumunun və yeni əraziləri işğal etməsinin qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb. Artıq ordumuz düşmənə sarsıdıcı zərbələr vurub. Bir sıra kəndlər, həmçinin Cəbrayıl şəhəri işğaldan azad edilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində yürütdüyü siyasət xalqımızda böyük ruh yüksəkliyi yaradıb”.
Bunu Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli deyib.
Onun sözlərinə görə, artıq vaxtilə işğal edilmiş bir sıra ərazilərin, hətta rayon mərkəzlərindən birinin azad olunması da onu göstərir ki, Azərbaycan Ordusu öz vəzifəsini uğurla yerinə yetirir: “Təbii ki, ordumuzun müzəffər yürüşünü Azərbaycan xalqı da çox böyük ruh yüksəkliyi ilə qarşılayır”.
R.İsgəndərli onu da əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində növbəti təxribat törətməsinə baxmayaraq, ölkədə milli həmrəylik nümayiş etdirilməsi mühüm əhəmiyyətə malikdir: “Qeyri-hökumət təşkilatının rəhbəri kimi mən, habelə digər QHT rəhbərləri dövlətimiz və xalqımız üçün taleyüklü bütün məsələlərdə olduğu kimi, bu günlərdə də milli birlik və həmrəylik nümayiş etdirilməsinə töhfə vermişik. Onu da deyim ki, ölkədə fəaliyyət göstərən QHT rəhbərləri beynəlxalq qurumlara, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrə, həmsədr dövlətlərə müraciət edərək Azərbaycanın haqlı mübarizəsini hüquqi aspektlərlə, faktoloji nöqteyi-nəzərdən çatdırmağa çalışıb”.
R.İsgəndərlinin sözlərinə görə, ölkə üçün mühüm önəm daşıyan bu günlərdə milli həmrəyliyin nümayiş etdirilməsi onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə cari ilin əvvəlindən başlayaraq siyasi partiyalarla, qeyri-hökumət təşkilatları ilə keçirilən görüşlər öz bəhrəsini verib: “Bu prosesdən sonra paraktiki nəticələrin əldə edilməsini bir QHT rəhbəri olaraq mən də yüksək dəyərləndirirəm. Bu prosesdə həmçinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin beynəlxalq qurumlarla, beynəlxalq əlaqələr seqmentində çalışan QHT rəhbərləri ilə görüşündə də iştirak edən şəxs kimi deyə bilərəm ki, həyata keçirilən siyasət müsbət nəticələr verir”.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

