Dövlətin diaspor quruculuğu siyasətində yeni mərhələ: perspektivlər və gözləntilər
02.10.2020 [11:21]
İstər bu mərhələdə həyata keçirilən genişmiqyaslı işlər, istərsə də xaricdəki diaspor təşkilatlarında baş verən yenilənmələrin fonunda gənclərin önə çəkilməsi gənc könüllülərin diaspor fəaliyyətində iştirakı üçün daha münbit zəmin yaradıb
III Yazı
Hazırda diasporla iş sahəsində siyasətin yeni mərhələdə həyata keçirilməsi dövlətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu xüsusda, gənc könüllülər arasında diaspor şüurunun formalaşdırılması, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında aydın təsəvvürün və bu sahədə elmi potensialın yaradılması mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, Ümümmilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən diaspor siyasətinin nəticəsidir ki, bu gün xaricdəki soydaşlarımız yaşadıqları ölkələrin sosial-mədəni, ictimai-siyasi və iqtisadi həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Eyni zamanda azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir.
Azərbaycanlı gənclərin diaspor hərəkatında uğurlu iştirakı üçün davamlı addımlar atılır
Azərbaycan diasporu milli məsələlərdə mütəşəkkilliyini bu il12 iyul tarixində və ondan sonrakı günlərdə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatlar törətməsi zamanı bir daha nümayiş etdirdi. Öncə qeyd edək ki, Azərbaycan Ordusu ermənilərin bu təxribatının cavabını tutarlı şəkildə verdi. Eyni zamanda, dünya azərbaycanlıları işğalçı Ermənistanın bu təxribatına səssiz qalmadı. Müxtəlif ölkələrdəki soydaşlarımız beynəlxalq təşkilatlara bəyanatlar yaydılar, eyni zamanda, Ermənistanın xarici ölkələrdəki səfirlikləri qarşısıda etiraz aksiyaları keçirdilər. Bütün bunlarla soydaşlarımız dövlətimizə və ordumuza dəstək olduqlarını bir daha nümayiş etdirdilər. Biz bir daha şahidi olduq ki, azərbaycanlılar harada yaşamaqlarından asılı olmayaraq, Vətənlə nəfəs alır və Dağlıq Qarabağın işğaldan azad olunması üçün savaşa hazırdırlar. Bir sözlə, belə etiraz aksiyaları ilə dünya azərbaycanlıları növbəti dəfə birlik, həmrəylik nümayiş etdirdilər. Bütün bunlar isə öz növbəsində gənc diaspor könüllülərinin gələcək fəaliyyəti üçün inam və etimadı daha da artırır.
Ümumiyyətlə, xaricdə yaşayan soydaşlarımıza, o cümlədən gənclərə diqqətin göstərilməsi dövlət üçün hər zaman prioritetdir. Əlbəttə ki, əsas məqsəd xaricdəki soydaşlarımızın Vətənlə əlaqələrinin qırılmaz tellərlə bağlanmasıdır.
Yeri gəlmişkən, 2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində dəyişikliklər edildikdən sonra diaspor fəaliyyəti, o cümlədən gənclərin bu sahədə önə çəkilməsi ilə bağlı bir sıra təqdirəlayiq addımlar atılıb və hazırda da atılmaqdadır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2018-ci ilin iyul ayında DİDK-nin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzaladı. Eyni zamanda, publik hüquqi şəxs statuslu Azərbaycan Diasporuna Dəstək Fondunun Nizamnaməsi təsdiq edildı. Bu fondun yaradılması yeni mərhələdə diasporun inkişafına böyük təkan verib. Ümumi olaraq diaspor təşkilatlarına fond tərəfindən dəstəyin göstərilməsi diaspor hərəkatını yeni müstəviyə çıxarmaqdadır.
Xüsusən, 2018-ci ildə Şəkidə “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I, 2019-cu ildə isə Şamaxı şəhərində “Nəsimi-650″ Diaspor Gənclərinin II Yay düşərgələnin keçirilməsi xaricdəki gəncləri bir araya gətirmək baxımından önəmlidir. Çünki xaricdə yaşayan və fəaliyyət göstərən, eləcə də təhsil alan azərbaycanlı gənclər ölkəmizin aktiv təbliğatını aparır, Azərbaycan həqiqətlərinin yaşadıqları ölkələrdə tanıdılmasında fəallıq göstərirlər.
Xaricdəki gənclərin aktivliyi yeni nəsil diasporun formalaşmasına təkan verir
Məlumat üçün bildirək ki, DİDK-nin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş Yay düşərgələrində ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 30-dan ölkədən yüzlərlə diaspor gənci iştirak edib. Hər iki düşərgənin proqramları zəngin olub. Proqramlara uyğun olaraq xaricdəki diplomatik nümayəndəliyin rəhbərləri və bəzi xarici ölkələrin Azərbaycandakı səfirləri, eləcə də ictimai xadimlər və media nümayəndələri ilə görüşlər, müxtəlif təlimlər, tarixi yerlərə ekskursiyalar və s. təşkil edilib.
I Yay Düşərgəsinin nəticəsi olaraq xaricdə yaşayan Azərbaycan əsilli gəncləri özündə birləşdirən Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatı artıq fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı fəaliyyətinin təmin edilməsi, o cümlədən yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsidir. Azərbaycan Diaspor Gəncləri Təşkilatının yaradılması lobbiçilik naminə çox gərəkli bir addımdır.
II Yay Düşərgəsi çərçivəsində isə Dünya Azərbaycanlıları Gənclər Forumu keçirilib.
Xatırladaq ki, belə Yay düşərgələrinin keçirilməsi artıq davamlı xarakter daşıyır. Onu da qeyd edək ki, 2020-ci ildə Diaspor Gənclərinin III Yay Düşərgəsi Qusar şəhərində keçiriləcəkdi. Düşərgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili”nin elan edilməsinə həsr olunacaqdı. Artıq DİDK tərəfindən xaricdəki gənclərə müraciət olunmuşdu. Lakin koronavirus pandemiyasına görə bu tədbirin keçirilməsi mümkün olmadı.
Ümumiyyətlə, xaricdəki gənclərimizin aktivliyi diasporun gücünə güc qatır. Diaspor Gənclərinin Yay Düşərgələri isə xaricdəki azərbaycanlı gəncləri motivə edib Azərbaycan adına birləşdirmək baxımından önəmli rol oynayır.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25

